Mobil versiya
İcra başçısı “AzerBlast” MMC-də görülən görülən işlərlə tanış olub -Fotolar
Tarix: 14-04-2023 | Saat: 09:43
Bölmə:Özəl | çapa göndər

İcra başçısı “AzerBlast” MMC-də görülən görülən işlərlə tanış olub

Gəncədə sənaye əhəmiyyətli partlayıcı maddələr zavodu inşa edilir. aia.az xəbər verir ki, zavod “AzerGold” QSC-nin törəmə cəmiyyəti kimi “AzerBlast” MMC adı altında fəaliyyət göstərəcək.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “AzerBlast” MMC-də görülən işlərlə tanış olub.
“AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşıyev şəhər rəhbərinə layihə barədə ətraflı məlumat verib. O bildirib ki, illik istehsal gücü 31000 ton həcmində planlaşdırılan zavodda xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcəkdir. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisənin inşasının cari ilin sonunadək tamamlanması planlaşdırılır. Müəssisədə ilkin mərhələdə 30 nəfərin işlə təmin təmin edilməsi nəzərdə tutulur ki, növbəti mərhələdə bu sayın 60-a çatdırılması hədəflənir.
Məlumat üçün bildirək ki, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı ölkəmizdə ilk dəfədir ki, təşkil edilir. Müəssisənin yaradılmasında başlıca məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin açılmasıdır.

Azər Tağızadə
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024