Azərbaycan-Qazaxıstan münasibətləri hazırda müttəfiqlik səviyyəsinə yüksəlib
Tarix: 13-04-2023 | Saat: 16:05
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Xəzər dənizi hövzəsinə aid olan dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət verir. Eyni zamanda da Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan Qazaxıstan Respublikası ilə ölkəmizin qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi də xüsusi qeyd olunmalıdır.
Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Xalqlarımızın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olmaları müasir dünyamızda bütün sahələrdə, o cümlədən nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana etdiyi rəsmin səfər də bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə keçidi üçün möhkəm baza hələ 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yaradılıb. Məhz bu zəmin əsasında ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib.
Qazaxıstanın paytaxtı Astana şəhərinin ən böyük küçələrindən birinə Heydər Əliyevin adının verilməsi və küçənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin birgə iştirakları xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlığın daha bir nümayişi oldu. Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni küçəni açmaqla Qazaxıstan hökuməti bir daha Azərbaycan xalqının Ümummilli Liderinə öz səmimi münasibətini və ehtiramını nümayiş etdirdi. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd etdi ki, Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq hamımızın borcudur və Astanada onun adını daşıyan yeni küçəni açmaqla Qazaxıstan bu nəcib işə mühüm töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin açılışını tarixi hadisə adlandırıb. Dövlətimizin başçısı hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adının çox əziz olduğunu vurğulayaraq, Ümummilli Liderin müasir müstəqil Azərbaycanın ən mürəkkəb və təhlükəli dövründə xalq tərəfindən dəvət edildiyini və ən ağır şəraitdə ölkəyə rəhbərlik etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ulu Öndər həyatının müəyyən dövrlərində haqsızlığa, təzyiqlərə məruz qalsa da, Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - xalqımızın gələcəyi məhz onun kimi insanlardan asılı olanda Ulu Öndər ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi.
Mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu gün Azərbaycan ilə Qazaxıstan arasında müttəfiqlik münasibətlərinin konkret məzmunla zənginləşdiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edir. Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda mövcud geosiyasi vəziyyət və sülh danışıqlarının perspektivləri barədə də maraqlı açıqlamalar təqdim edərək diqqətə çatdırdı ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif edib. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, dövlətimiz qonşular arasında münasibətlərin normallaşdırılması üçün çağırışlar etməkdədir. Praktiki olaraq bu iş başlansa da, proses hələ də çox ləng gedir və bunun yeganə səbəbkarı Ermənistan və onun havadarlarıdır. Artıq onlar da başa düşməlidirlər ki, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsini imzalamağın heç bir başqa alternativi yoxdur. Yalnız suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında bağlanmış sülh müqaviləsi çoxillik düşmənçilik səhifəsini çevirəcək.
Elvira Mehdiyeva,
Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb- liseyin direktor müavini,
YAP fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ