Son illərdə Azərbaycan-Qazaxıstan iqtisadi münasibətlərində başlanan yeni mərhələ bir sıra mühüm göstəricilərlə diqqət çəkir
Tarix: 13-04-2023 | Saat: 16:02
Bölmə:Özəl | çapa göndər
Azərbaycan həmişə türk dünyasının sıx birliyinə öz töhfəsini verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri arasında qarşılıqlı dəstək və həmrəylik mühitinin formalaşması və inkişafı bütün dövrlər üçün əsas çağırışlar sırasındadır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının miqyasının genişləndiyi göz qabağındadır. Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi istəyi qarşılıqlı səfərlər zamanı əməkdaşlığın gələcək inkişafı ilə bağlı təqdim edilən yol xəritələri, imzalanan sənədlər vasitəsilə reallığa çevrilir. Vaxtilə “Türk dünyası” deyəndə ancaq Türkiyə göz önünə gəlirdisə, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan bu birliyin daha da genişlənməsinə və möhkəmlənməsinə səbəb oldu. Uzun müddət inkişaf yolu keçən bu ölkələr dünyanın həm siyasi xəritəsində, həm də iqtisadi münasibətlər sistemində özünə yer edə bildi. Azərbaycan ilə Qazaxıstan arasında bu gün mühüm önəm daşıyan yüksək səviyyəli siyasi-iqtisadi əməkdaşlıq hər iki dost ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırır, münasibətləri möhkəmləndirir. Aprelin 10-da Prezident İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlərin əsasını xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu, günün tələbidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. Son illərdə Azərbaycan-Qazaxıstan iqtisadi münasibətlərində başlanan yeni mərhələ bir sıra mühüm göstəricilərlə diqqət çəkir. Məsələn, ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcminin 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dollarına çatması məhz bunun bariz ifadəsidir. İki ölkənin energetika sahəsində əməkdaşlığında da dinamik inkişaf nəzərə çarpır. Prezident İlham Əliyevin dost Qazaxıstana səfəri çərçivəsində keçirilən görüşlərdə bu sahədə əməkdaşlığın inkişafının möhkəmləndirilməsi xüsusilə diqqət mərkəzində olur. Bu baxımdan ötən il “SOCAR” və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığında irəliləyiş kimi dəyərləndirilir. Cari ilin martından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstanın “Tengiz” yatağından hasil edilən neftin nəqli uğurla həyata keçirilir. Yeri gəlmişkən, aprel ayında BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli gözlənilir. Bu göstəricinin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında kompleks proqrama əsasən getdikcə yüksələcəyi bildirilir. Bu dostluğu, qardaşlığı, müttəfiqliyi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də görürük. Dost ölkə tərəfindən Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilir. Bu mühüm addım xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq. Ümumilikdə möhtərəm Prezidentimiz İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ölkələrimizin müttəfiqlik münasibətlərində yeni səhifənin başlanğıcıdır. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Dövlətimizin başçısının Qazaxıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfədir.
Abdulxeyir Nəcəfov,
Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ