Mobil versiya
Məhərrəm Quliyevin fəaliyyətinin əsasında hər zaman Ulu Öndər Heydər Əliyev ideyaları dayanır
Tarix: 13-04-2023 | Saat: 13:03
Bölmə:Özəl / Manşet | çapa göndər

Məhərrəm Quliyevin fəaliyyətinin əsasında hər zaman Ulu Öndər Heydər Əliyev ideyaları dayanır


Bu gün ictimai həyatın bütün sahələrində əsaslı yüksəlişin, dinamik inkişafın aşkar müşahidə olunduğu bölgələrimizdən biri də Goranboy rayonudur. Çox vacib məqamlardan biri budur ki, rayonumuzda insanların əhval-ruhiyyəsi xeyli yüksəkdir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Goranboyda mövcud olan bu təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xəttin rayon rəhbərliyi və şəxsən Goranboy RİH-nin başçısı Məhərrəm müəllim Quliyev tərəfindən rayonda düzgün təşviqi və effektiv icrası nəticəsində formalaşmışdır.

O cümlədən son illər ərzində Goranboyda azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, tərəqqinin qarşısını ala biləcək süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, son vaxtlar rayonumuzda müxtəlif təyinatlı özəl müəssisələrin sayı xeyli artmışdır. Həmçinin bu da məhz onun göstəricisidir ki, Ölkə Prezidenti İlham Əliyevin respublikamızda azad sahibkarlığın sürətli inkişafına yönəlmiş ardıcıl siyasəti, bu məqsədlə imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr rayonda davamlı olaraq yüksək məsuliyyət və effektivliklə icra edilir.

Hörmətli Məhərrəm Quliyevin rəhbərlik etdiyi Goranboy Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də əlbəttə ki, şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına diqqət və qayğının göstərilməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə diqqət və qayğı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin vacib tərkib hissələrindən biridir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və qazilərimizin sosial qayğılarının ətraflı şəkildə öyrənilməsi, onların problemlərinin operativ həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Dediyim kimi, bütün bu sadaladıqlarım Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm müəllim Quliyevin fəaliyyətinin əsasında hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarına, Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə, xalqın və ölkənin milli maraqlarına sədaqət prinsiplərinin durduğunu sübut edən amillərdir.

Bu gün Məhərrəm Quliyevin 55 yaşı tamam olur. Bu münasibətlə hörmətli Məhərrəm müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və ən əsası, doğma Goranboyumuzun inkişafı və çiçəklənməsi naminə göstərdiyi fəaliyyətində daha böyük nailiyyətlər arzulayıram.




Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədri Rüstəm Nağıyev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024