Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir
Tarix: 13-04-2023 | Saat: 11:11
Bölmə:Özəl | çapa göndər
Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir.
Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.
Heydər Əliyev qüdrətli şəxsiyyət kimi yalnız Azərbaycanın və regionun tarixində iz qoymayıb. O, dünya miqyaslı tarixi şəxsiyyətdir. Heydər Əliyev kiçik Azərbaycanda həyata keçirdiyi böyük işlərlə, əslində, qlobal dünyada mükəmməl bir nümunə yaratdı, liderlik məktəbi formalaşdırdı.
Heydər Əliyev xaosdan qurtuluşa, böhrandan yüksəlişə təhlükəsiz keçidin əsasını qoyaraq, milli dövlətçiliyi yaratmaq və onu qorumaq örnəyini dünya ölkələri üçün uğurlu nümunə kimi təqdim etdi.
Heydər Əliyevin dövlət və ordu quruculuğu ənənələri, iqtisadi islahatları, sabitlik yaratma üsulları yeni müstəqillik qazanmış ölkələr üçün sınaqdan uğurla çıxmış ən dəyərli “yol xəritəsi” idi. Heydər Əliyevin ölkədə yaşayan bütün xalqların və fərqli dinlərin təmsilçilərini vahid məqsəd – Azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək, yaratdığı tolerantlıq və multikulturalizm modeli dünyanın bu sahədəki Ən yaxşı nümunələrindəndir.
Biz ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbayca Respublikasnda onun adına layiq oxumağa çalışırıq. Ümummilli Liderin həyat yolu bizim üçün bir örnəkdir. Ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq.
Hüseynli Billurə ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ