CƏNAB PREZİDENTİN QAZAXISTAN SƏFƏRI IKI DÖVLƏT ARASINDA MÜNASIBƏTLƏRƏ MÜHÜM TÖFHƏDIR
Tarix: 13-04-2023 | Saat: 10:04
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud və geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün həm də Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.
Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və Qazax xalqlarını, əsrlərlə davam edən əməkdaşlıq, qarşılıqlı əlaqələr, iqtisadi-siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir-birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirilmiş və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir.
İnanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Qeyd edim ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi baş tutdu. Bu, Azərbaycanın Ümummilli Liderinə, onun xalqına, dəyərlərinə olan ən ali hörmətin, qardaşlıq münasibətinin bilavasitə təzahürüdür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Qazaxıstanla əlaqələrin qurulmasında və inkişafında, ümumiyyətlə, türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, həmrəyliyə nail olunmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin bu xidmətləri hər zaman qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir və adı əbədiləşdirilir. Həmçinin qardaş ölkədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film də çəkilib və nümayiş etdirilib. Bütün bunlar yalnız qardaşlıq münasibətlərindən irəli gəlir
Bir vacib faktı da vurğulayaq ki, Qazaxıstan Qarabağ məsələsində də ilk gündən Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq platformalarda dəstəkləyib. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü də iki xalq arasında əsl dostluğun, qardaşlığın rəmzidir.
Nabat Zəngəzur
YAP Qaradağ rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ