AZƏRBAYCAN VƏ QAZAX XALQLARININ XOŞBƏXT GƏLƏCƏYİ NAMİNƏ
Tarix: 13-04-2023 | Saat: 10:02
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərinə mühüm töhfədir
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır.
hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. (Qeyd: Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat yoldaşı Afaq qıpçaq soyundan olub).
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci ilin oktyabrın 13-14-də olub və dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
Bütün bunlar ölkənin xarici siyasət kursunun səmərəliliyi və uzaqgörənliyini təsdiq edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsaslarını bütün müasir tələbləri nəzərə alaraq hazırlayıb. Sevindirici haldır ki, dahi Heydər Əliyevin təməlini qoyduğu bu çətin və şərəfli iş dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinı düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.
Qeyd: Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri əksini tapıb. Müəllifi jurnalist Asimə Nurbayevna olan filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb.
İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri bu gündən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq.
Həsənəli Pəsi oğlu
YAP Qaradağ rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ