Mobil versiya
Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq
Tarix: 12-04-2023 | Saat: 16:27
Bölmə:Özəl | çapa göndər

Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursunda dostluq və qonşuluq münasibətləri leytmotiv hesab olunur. Prezident İlham Əliyevn aprelin 5-də Tacikistana rəsmi səfəri çərçivəsində yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər, imzaladığı sənədlər, hətta yola salınma mərasiminin xüsusiliyi rəsmi Bakının dostluq və qonşuluq siyasətində sadiqliyinin gerçək nəticəsi, ölkənin nüfuzunun təcəssümüdür.
Səfər çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatında həm Tacikistanın, həm də Azərbaycanın 1990-cı illərdə keçdiyi çətin müstəqillik yoluna bir daha nəzər saldı. Ölkə başçısı bildirdi ki, o illərdə həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir. Tacikistanla Azərbaycanın əlaqələri uzun illərdir ki, davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə dost ölkənin başçısı xalqlar arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri olduğuna diqqət çəkib. Görüşün ilk ifadəsinin bu məzmunda olması təsadüfi deyil. Emoməli Rəhmon və İlham Əliyevin ölkələr arasındakı münasibətlərdə tarixi bağlılığa, xalqlar arasındakı xoş ünsiyyətə böyük önəm verdiyini yaxşı bilir.
Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.İki ölkə arasındakı bəzi statistik məlumatlara diqqət kəsiləndə Tacikistan Prezidentinin “Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk” deməsinin dərin köklərə söykəndiyi bir daha məlum olur.Prezident İlham Əliyevin Düşənbə səfəri Azərbaycanla Tacikistanın həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığının hərtərəfli genişlənməsinə geniş imkanlar yaradacaq. Bunu iki dövlət arasında imzalanan sənədlər də bir daha təsdiqləyir. Çünki bu sənədlər dövlətlərarası münasibətlərin gündəliyini keyfiyyətcə yeni məzmunla zənginləşdirəcək. Cənab Prezidentin qeyd etdiyi kimi, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək.
Reallıqlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır.Həm Azərbaycan, həm də Tacikistan xalqlarımızın rifahı naminə dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminik ki, bu gün görülən işlər çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək. İmzalanmış bu sənədlər Azərbaycan-Tacikistan əlaqələrini yeni səviyyəyə yüksəltməklə yanaşı, həm də hər iki ölkə xalqlarının rifahının daha da yaxşılaşmasına, dövlətlərimizin daha da güclənməsinə öz töhfəsini verəcəkdir.Bütün bunlar göstərir ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024