Mərhum sənətkara ehtiram -Fotolar
Tarix: 12-04-2023 | Saat: 13:15
Bölmə:Özəl | çapa göndər
Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində mərhum sənətkar Kamil Ramazanovun fərdi rəsm sərgisi keçirildi. Sərgidə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, rayon ziyalıları, rəssamlar və digər qonaqlar iştirak edirdilər.
Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov iştirakçıları salamlayıb dedi:- Mərhum rəssam Kamil Ramazanov bu gün həyatda olmasa da, qoyub getdiyi gözəl rəsm əsərləri ona ikinci həyat yaşadır. Rəssamın 30-dan çox fərdi sərgisi təşkil olunub, əsərləri Bakıda Nizami, İstiqlal, İncəsənət muzeylərində və Dövlət Rəsm Qalereyasında nümayiş etdirilir. M. Füzulinin 500 illik yubiley ilə əlaqədar Fransada təşkil olunan sərginin iştirakçısı olub, respublika və ümumittifaq sərgilərində müntəzəm çıxış edib.1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. Mərhum sənətkarın yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Əsərlərində vətənpərvərlik mövzusuna daha geniş yer ayırıb.
Natiq axırda rəssamın ailə üzvlərinə onun mədəni irsini qoruyub saxladıqları və yaşatdığı üçün dərin minnətdarlıq etdi.
Söz alan rəssamlar Firudin Quliyev, Adil Əsədli, Şöhrətdin Səbziyev və mərhum rəssamın ailə üzvləri çıxış edərək öz təəssüratlarını bölüşdülər, görülən peşəkar işlərdən məmnunluğunu bildirdilər, incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə razılığını söylədilər.
Mərhum rəssamın qələmə aldığı “Qarabağ” adlı şeri Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi, mərhum sənətkarın qardaşı nəvəsi Rüqəyya Ramazanovanın ifasında səmimi alqışlarla qarşılandı.
Sonda mərhum sənətkarın yaradıcılığından ibarət 60 yaxın rəsm əsərinə baxış oldu.
Onu da bildirək ki, rəssam 18 oktyabr 2010-cu ildə Bakıda vəfat edib.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ