Mobil versiya
Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir
Tarix: 11-04-2023 | Saat: 16:04
Bölmə:Özəl | çapa göndər

Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir

"Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqda nitqindən (Respublika sarayı, 27 may 1994-cü il);

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir
 Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!
Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.
  HEYDƏR ƏLİYEV

Ümummilli lider Heydər Əliyev ölkəmizin tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimidir. Dövlət quruculuğu sahəsində onun misilsiz xidmətləri olub. Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladı. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində dahi lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Dövlətçilik atributlarından olan ordu cəmiyyətin tərkib hissəsi kimi həmişə sayğıyla əhatələnib. Ordu-ictimaiyyət münasibətinin əsasında dövlətçiliyə sevgi, dövlətə sədaqət dayanır. Xalq ordusuna inanır, ordu xalqa güvənir.  Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən, hərbi qulluqçuların, əsasən, əsgərlərin ordunu, minlərlə iştirakçının xalqı təmsil etdiyi hər tədbir şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə istiqamətlənir. Belə tədbirlər ictimaiyyətin iştirakı ilə keçirildiyindən mahiyyət etibarı ilə ordu ilə ictimaiyyətin vəhdəti deməkdir. Bu gün bu vəhdət potensial güc qüdrətindədir. Gənc əsgərlərin hərbi andiçmə mərasimi də belə tədbirlərdəndir.
İştirak etdiyim andiçmə tədbirlərində həmişə düşüncələrimə hopan bir məqamı böyük könül xoşluğuyla yaşamışam. Valideynlərin də, hərbi and içəcək əsgərlərin də tədbirin başlayacağı anın intizarında olduğunun eyniliyini həmişə duymuşam. Ana əsgər oğlunu bağrına basmağın, gənc əsgər içdiyi hərbi andın sevinci içindəykən "Mən əsgərəm, ana!" deməyin təşnəsidi. Hərbi andı içib komandirlərini, hərbi hissənin zabitlərini, valideynlərini necə xidmət edəcəyinə inandıran əsgərin baxışlarından dikələn sevinc, fərəh, qürur aydınlığıyla sezilir, hiss olunur. Çağırışçı nəyi qoruduğunu, Vətəni qorumağın müqəddəs vəzifə, borc olduğunu bilir. Ona hərbi xidmətdə torpaqları əsgər kimi necə qorumağı öyrədirlər. Hərbi and öyrədilənlərin böyük məsuliyyətlə yerinə yetiriləcəyinə zəmanətdir.
Bu günlərdə hərbi hissələrdə gənc əsgərlərin hərbi andiçmə mərasimində Müdafiə naziri  general-polkovnik Zakir Həsənovun gənc əsgərlərə ünvanladığı təbrik nazirin əsgərə etimadının, rəğbətinin, inamının təsdiqidir. And içən əsgər bu təbriki hərbi andın mənəvi davamı bilir və bu etimadı da doğruldacağına söz verir. Onların baxışlarından oxunanların  sırasında bu qənaət də var. Bu qənaətin dönməzliyi "N" hərbi hissəsində keçirilən andiçmə tədbirində ürəyimi dağa döndərdi. Tədbirdə iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışında son illərdə həyata keçirilən irimiqyaslı islahatlardan, islahatların nəticələrindən, bütün qoşun növlərini əhatə edən təlimlərdən, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığından danışaraq gənc əsgərləri də, onların valideynlərini də bu əlamətdar hadisə münasibətilə təbrik etdi. Müdafiə nazirinin valideynlərlə söhbətləşməsi valideynlərlə, deməli, ictimaiyyətlə belə ünsiyyəti ordu quruculuğunun qeyri-rəsmi də olsa zəruri tərkib hissəsidir. Əsgər atasının dedikləri də bu qənaətin mahiyyətinə söykənib. Bu səmimiyyət, bu etimad müqabilində layiqli vətəndaş kimi böyütdüyümüz oğullarımız, təbii ki, nümunəvi xidmət edəcək” - əsgər atasının dediyi bu kəlmələr ictimaiyyətin orduya sevgisi kimi qəbul edilir.

İsmayılzadə Cavad Niyaməddin oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024