Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqi oldu
Tarix: 11-04-2023 | Saat: 16:01
Bölmə:Özəl | çapa göndər
“Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə-ölkəni, Vətəni qorumaq oeşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazabacaqlar”-
Azərbaycan Resoublikasını Silahlı Qüvvəsinin yaranmasının 5-ci ildönümü münasibətilə çıxışından( “N” hərbi hissəsi. 9 oktyabr 1996-cı il);
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun ilk işlərindən biri ordu quruculuğu olub. İyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu – Əlahiddə Azərbaycan Korpusu təşkil edilib. Qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Milli Ordu hissələrinin formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda Nazirlər Şurasının 1918-ci il noyabrın 1-də verdiyi qərarla ordu quruculuğuna rəhbərlik Azərbaycan hökumətinin əlində cəmləşib. Həmin il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib. Onlar qısa müddətdə ordu quruculuğunda böyük işlər görüblər. 1919-cu il martında Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təntənəli hərbi paradı təşkil edilib.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə Ümummilli liderin tarixi xidməti nəticəsində yaranmış C. Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verib və bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub, məhz onun 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla iyunun 26-sı – Əlahiddə Azərbaycan korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələrinin Günü elan edilib.
Bu gün Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olunmuş, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaradılmışdır.
Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində şəxsi heyətin intizamı yüksəlmiş, hərbi nizamnamələrin tələblərinə riayət olunması bərpa edilmişdir. Bütün bunlar şəxsi heyətin az bir müddətdə əsl hərbçi kimi hazırlanmasına və yetişməsinə imkan yaratmışdır. Müxtəlif hərbi ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün təlim mərkəzlərində gərgin işlər aparılmış, lazımi maddi-texniki baza və şərait yaradılmışdır.
Ulu öndərin siyasətinin layiqli davamçısı olan, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü münasibəti ilə keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimdə iştirak edərkən demişdir: “Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir. Biz uzun illərdir ki, işğaldan əziyyət çəkirik, torpaqlarımız işğal altındadır. Hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, biz güclü orduya malik olmalıyıq və bu proses uğurla gedir. Bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur etdi.
Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Bu tarixi gün münasibətilə Azərbaycan Prezidenti deyib: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqi oldu.
Mahmudova Hənifə Mahmud
ADPU, YAP üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024