Mobil versiya
İLHAM ƏLIYEV: ADINI ÖLKƏ VƏ DÜNYA HƏRB TARİXİNƏ HƏKK ETMİŞ MÜZƏFFƏR SƏRKƏRDƏ
Tarix: 07-04-2023 | Saat: 15:00
Bölmə:Özəl | çapa göndər

İLHAM ƏLIYEV: ADINI ÖLKƏ VƏ DÜNYA HƏRB TARİXİNƏ HƏKK ETMİŞ MÜZƏFFƏR SƏRKƏRDƏ

Aprel ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezident seçkilərində xalqın etimadını qazanaraq yenidən ölkə Prezidenti seçilməsinin 5-ci ili tamam olur. Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələri əhatə edən davamlı və dayanıqlı inkişafa nail olduğumuz siyasi strategiya müəyyən edilərək, uğurla icra olundu. Məhz dahi şəxsiyyət Heydər Əliyev uzaqgörənliyinin və məqsədəuyğun siyasətinin nəticəsi olaraq Azərbaycan təkcə daxili sabitliyə və inkişafa deyil, həmçinin beynəlxalq müstəvidə də nüfuzunun və mövqeyinin möhkəmlənməsinə nail oldu. Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə ölkəmiz çiçəkləndi, qüdrətləndi, vətəndaşlarımızın maddi-rifah halı və yaşayış şəraiti yüksəldildi. Sevindirici və qürurverici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi varisliyi uğurla davam edir və ötən illər ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu uğurlarımız daha da artır, ölkəmizin inkişafı üçün müxtəlif sahələri əhatə edən dövlət proqramları icra olunur. Beləliklə, xalqımız ulu öndər siyasətinə etimad göstərir, onu dəstəkləyir və gələcəkdə bu siyasi varisliyin dövlətimizi daha da inkişaf etdirəcəyinə əminliklə inanır. Bu inam və etimad ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda özünü bariz şəkildə sübut edir. İstər Prezident, istər Milli Məclisə, istərsə də bələdiyyə orqanlarına keçirilən seçkilərdə dövlət başçımızın sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək səs çoxluğu ilə qələbə qazanması xalqın etibarının təcəssümüdür. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqı prezident seçkilərində daha da fəallıq göstərərək xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətə səs verir.
Bu gün Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev  44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində Qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu da xüsusi qeyd etmişdir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu Qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.  
Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işğalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti  qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi  anın dünyaya təqdimatı oldu.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024