Elmar Mahmudov: “Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir”
Tarix: 07-04-2023 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər
“XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev əslində bu tarixin ən şərəfli səhifələrinin müəlliflidir. 2023-cü ilin Azərbaycanda Ulu öndərimizin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması da xalqımızın öz xilaskar oğlunun əziz xatirəsinə olan sonsuz ehtiramının bariz təzahürüdür. Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) Elmar Mahmudov deyib.
Müsahibimiz 1969-cu ildə Heydər Əliyevin ölkəmizdə ilk dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanda iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildiyini, elmi və ədəbi-mədəni intibahın əsasının qoyuldunu vurğulayıb: “Məhz həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran ulu öndər əlverişli sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.”
Daha sonra Elmar Mahmudov ötən əsrdə artıq ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycanın əsrin sonlarında həm suverenliyini, həm də dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldığından bəhs edərək bunları deyib: “1991-ci ildə ölkədə yaranmış qarışıqlıq sayəsində hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Vətəndaş müharibəsi ərəfəsində olan respublikada hətta Qarabağ müharibəsi də arxa plana keçmişdi. Bu çətin dönəmdə Azərbaycan xalqı ən müdrik qərarını verərək Heydər Əliyevi hakimiyyətə təkidlə dəvət etdi. Bu qayıdış dövlətçiliyin və müstəqilliyin qorunub saxlanmasının əsas həlledici amili oldu. Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Bundan sonra ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına şərait yaratdı. Ulu öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirərək, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsi üçün əlverişli mühit formalaşdırdı. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək məqsədilə kompleks tədbirlər həyata keçirildi. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ümummilli liderin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin ötən əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.”
Sonda müsahibimiz Elmar Mahmudov Azərbaycan xalqının və dövlətinin Ulu Öndərin siyasi mirasına hər
zaman sadiq olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf və davam etdirilir. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın 44 gün ərzində apardığı və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdiyi II Qarabağ savaşının nəticələri də
ölkəmizdə Heydər Əliyev siyasi xəttinin alternativsizliyini bir daha bütün dünyaya nümayiş
etdirdi. Son dərəcə qürurverici bir haldır ki, xalqımız öz ümummilli liderinin 100-cü doğum gününü qalib ölkənin qalib xalqı kimi qeyd edəcək. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi
əbədi yaşayacaq”, – deyə Elmar Mahmudov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024