İLHAM ƏLİYEV – SÖZÜ İMZASI QƏDƏR DƏYƏRLİ LİDER
Tarix: 07-04-2023 | Saat: 09:28
Bölmə:Özəl | çapa göndər
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. İyirmi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də cənab İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. O, kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Əgər ötən illərə nəzər salsaq, Azərbaycan xalqının öz seçimində yanılmadığının, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunun bir daha şahidi olarıq. Dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan ötən bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Məhz buna görə də Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin xarici və daxili siyasətini dəstəkləyir, Azərbaycanın daha da güclü-qüdrətli dövlət olması üçün ölkə başçısının ətrafında birləşib.
Cənab Prezident İlham Əliyev hər zaman xalqla birlikdədir, xalqın istək və arzularını özünün fəaliyyət prioritetinə çevirir və bundan irəli gələn vəzifələrin reallaşdırılmasında məqsədyönlüdür, ardıcıldır, prinsipialdır. Cənab Prezident İlham Əliyevin hər sözü, hər fikri əməli fəaliyyətdə fiksasiya olunur. Hesab edirəm ki, bu, çox ciddi amildir və heç də hər dövlət başçısı, siyasi xadim bu keyfiyyətin daşıyıcısı ola bilmək bacarığında deyil. Onu da düşünürəm ki, hər bir dövlət xadiminin cəmiyyətdəki populyarlığını şərtləndirən cəhət onun hər kəlməsinin real iş müstəvisinə daşınmasındadır. Bəli, cənab İlham Əliyev vədlər verir və onun vədləri dövlətin islahat paketində realizasiyasını tapır. İnsanlar bunu aydın görür, qiymətləndirir və dəstəkləyirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən cənab Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Cənab Prezident İlham Əliyevin 20 il ərzində davamlı olaraq həyata keçirdiyi islahatlar kursu son illər ərzində yeni mərhələyə daxil olmaqla ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirib, səfərbər olunmuş cəmiyyət formalaşdırıb, vətəndaş həmrəyliyini şərtləndirib, ən əsası isə xalq-hakimiyyət birliyini monolit qüvvəyə çevirib. Bu reallıqları dünyanın ən nüfuzlu reytinq agentlikləri də təsdiqləməkdədirlər. Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi.
“Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan cənab Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Cənab Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi. Beləliklə, cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024