Natiq Mirzəyev : “Ulu Öndərin təşəbbüskarlığı və işgüzarlığı ilə hələ sovet dönəmində həyatın bütün sahələrində böyük dirçəlişə nail olundu”
Tarix: 06-04-2023 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər
“XX əsr dünya tarixinin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlət və xalq qarşısında sonsuz sayda müstəsna xidmətləri vardır. Ölkəmizin və dünyanın siyasi tarixinə öz adını əbədi həkk etmiş görkəmli dövlət xadiminin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri bu gün bir daha böyük ehtiramla anılır, Ulu Öndərin öz xalqının rifahı üçün gördüyü misilsiz işlər minnətdarlıqla xatırlanır. Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Azərbaycanda hakimiyyətə gəlməsi respublikanın ağır sosial-iqtisadi böhran keçirdiyi bir vaxtda baş vermişdi. Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə gələcəkdə öz müstəqilliyini bərpa edəcək ölkəmizin işıqlı gələcəyinin əsası qoyuldu. Ulu Öndərin təşəbbüskarlığı və işgüzarlığı ilə həyatın bütün sahələrində böyük dirçəlişə nail olundu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqisi üçün güclü təkan idi.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Sutikinti” Müəssisəsinin rəisi Natiq Mirzəyev deyib.
Natiq Mirzəyev qeyd edib ki, uzaqgörən siyasətçi və böyük dövlət xadimi olan Ulu Öndər Heydər Əliyev əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca amillərindən olan içməli su ehtiyatlarından səmərəli istifadə, əhaliyə verilən suyun keyfiyyətinin yaxşılaşdırılması məsələsini həmişə önə çəkmişdir: “Təsadüfi deyil ki, hazırda Bakı şəhərini içməli su ilə təmin edən 5 mənbənin 2-si - Kür və Oğuz-Qəbələ-Bakı su kəmərləri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Ən böyük mənbə olan Ceyranbatan sutəmizləyici qurğular kompleksinin genişləndirilərək məhsuldarlığının artırılması da Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Göründüyü kimi, Ulu öndər həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanın, xüsusən də paytaxt Bakının içməli su təchizatının yaxşılaşdırılması üçün bütün mümkün imkanlardan istifadə etmişdir. 1970-ci illərdə Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin içməli suya artan tələbatı Kür su kəmərləri sisteminin yaradılması və Ceyranbatandakı qurğuların məhsuldarlığının artırılması hesabına təmin edilmişdir. Ulu Öndər Heydər Əliyevin tarixən içməli su təchizatı baxımından böyük problemlər yaşamış Abşeron yarımadasının su təminatında müstəsna xidmətləri olmuşdur. Məlumdur ki, Oğuz-Qəbələ-Bakı su kəməri – Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihədir. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu layihə də birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi.”
Öz fikirlərini davam edən Natiq Mirzəyev həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın su sektorunda göstərdiyi misilsiz xidmətlərindən danışarkən Kür Sutəmizləyici Qurğular Kompleksi xüsusi qeyd olunmalıdır: “Bu qurğu artıq uzun illərdir ki, fasiləsiz olaraq paytaxt əhalisini içməli su ilə təmin edir. Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına SSRİ Nazirlər Sovetinin qərarı ilə 1968-ci ildə başlansa da, işlər olduqca ləng gedirdi. Yalnız 1969-cu ildə respublika rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirildi. Belə ki, Heydər Əliyevin 1970-ci il iyun ayının 10-da Azərbaycan KP MK-nın iclasında Kür su kəmərləri sisteminin birinci növbəsinin tikintisinin başa çatdırılması ilə bağlı verdiyi konkret tapşırıqlardan sonra bu sahədə ciddi dönüş yarandı. Respublikanın iri tikinti təşkilatlarının bu vacib işə səfərbər edilməsi, mütəşəkkil şəkildə iməciliklərin keçirilməsi Kür su kəmərinin çəkilişini “ümumxalq tikintisi”nə çevirmişdi. Məhz bunun nəticəsi idi ki, 30 aya görülməli olan işlər təqribən 4 ay ərzində başa çatdırıldı. Xüsusi olaraq belə bir məqamı da vurğulamaq lazımdır ki, tikinti işlərinin qısa vaxtda başa çatdırılmasında Heydər Əliyevin SSRİ rəhbərləri arasında böyük nüfuzu əhəmiyyətli rol oynamışdır. Belə ki, Rusiya, Özbəkistan, Belarusiya, Gürcüstan və digər sovet respublikalarının sənaye müəssisələri bu layihənin icrasına köməklik göstərmiş, 8 min vahiddən çox avadanlıq və materiallar vaxtından əvvəl hazırlanaraq Azərbaycana göndərilmişdi.”
Daha sonra müsahibimiz artıq müstəqillik illərində xalqımızın qarşısında duran problemlərdən bəhs edərək bunları deyib: “Təssüflər olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın sovetlər dönəmində və əlbəttə ki, ən çox da məhz ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdə əldə etdiyi bütün nailiyyətlər məhv olmaq təhlükəsi qarşısında idi. 1990-1993-cü illərdə ölkəmizdə siyasi hərc-mərcliyin, məmləkəti təhdid edən təhlükələrin sonu görünmürdü. Təkcə iqtisadiyyatın əsas sahələri deyil, ümumilikdə Azərbaycan dövlətçiliyi düşmən qüvvələr tərəfindən hədəfə götürülərək, məhv edilməklə açıq-aşkar təhdid edilirdi. Belə bir vəziyyətə düşən xalq 1993-cü ilin iyununda qəti qərar verdi: Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olunmalı, hakimiyyət ona verilməli, Azərbaycan və onun dövlətçiliyi xilas edilməlidir. Xalq öz tələbində israrlı idi, çünki Heydər Əliyevi tanıyırdı, heç bir qüvvə onu bu qərarından döndərə bilməzdi. 1993-cü il iyunun 9-da təkidli tələblərdən sonra Heydər Əliyev Bakıya gəldi. Xalq dərindən nəfəs aldı, rahatlıq tapdı: Ulu Öndərin ağlı, qətiyyəti, sarsılmaz iradəsi və dərin zəkası düşmən qarşısında ən etibarlı müdafiə idi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevə etibar etməsi oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 20 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atmışdır. İqtisadiyyatımızın aparıcı sahələrindən olan meliorasiya və su təsərrüfatı sistemi də qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi”, - deyə Natiq Mirzəyev öz müsahibəsini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024