Mobil versiya
Kim nə deyər sizdə olan qeyrətə?
Tarix: 06-04-2023 | Saat: 17:17
Bölmə:Manşet / Özəl | çapa göndər

Kim nə deyər sizdə olan qeyrətə?

Azərbaycanın uğurları İran mələfabşlarını qıcıqlandırır, qıcıqlandırdıqca da aqressiya artır. Gah Zəngəzuru özünün qırmızı xətti elan edir, gah ermənilərlə “şiə qardaşlığı” fonunda poz verir, gah da Azərbaycanda “sionizmin tüğyan etməsindən “naraha olur bu çöldən əmmaməli, içəridən çürük qafalılar.
Sovetlər Birliyinin dağılamsından sonra fars şovinizminin iştahası necə qabarmışdısa, sidq ürəklə özümüzün din qardaşı bildiyimiz İranla əlaqələrdən yenicə məmnunluq duyurduq ki, bu əsnada mollabaşların əslində qardaş yox, qara daş olduğu ortaya çıxdı. Ermənistanın işğalçılıq siyasəti davam etdikcə İran da əlaltından onlara dəstək verməyə başladı. Nəticədə Şuşa, laçın və İranla sərhəd olan rayonlarımız işğal olundu, həmin rayonların infrastrukturu təkcə ermənilər tərəfindən yox, həm də İran tərəfdən darmadağın edilərək satıldı. Özünü dünyadakı şiələrin lideri hesab edənlər şiə qardaşlarının müsibətlərindən qazanmağı “şərəf işi” hesab elədilər. Onda heç bir qırmızı cizgi, filan yox idi. Onda hər şey İran mollabaşlarına bircə rəngdə görünürdü. Heç ermənilərə demədilər ki, siz bizim sərhəd rayonlarımızda nə iş görürsünüz? Siz bizim din və məzhəb qardaşlarımıza niyə zülm edirsiniz? əksinə, açıq və gizli yolla kəşfiyyat materiallarını ermənilərə ötrməkılə Azərbaycanın diz üstə çökməsini, darmadağın olmasını istəyirdilər. 1993-cü ilin 3 iyununda Gəncədə baş verən dövlət çevrilişi cəhdində də İran izi açıq aşkar ortada idi. Bu çevrilişdə Rusiya ilə vahid platformadan çıxış edirdilər bizim “şiə qardaşlarımız”. Heç onda ortada İsrail də yox idi. Azərbaycanı bir dövlət kimi xəritədən silmək istəyi vardı bu üzdə müsəlman, batində moltanı olanlarda.
40 milyon Azərbaycan türkünə bir məktəbi çox görənlər ermənilərlə canbir qəlbdə idilər. Onlara İranıən ən gözəl üzümündən “Vodka” çəkməklə, islama “xidmət” edirdilər.
Azərbaycan tədricən özünə gəldikcə həriflərin yağırı qorcunmağa başladı. Uzun illər Azərbaycanın İsraildə səfirliyinin açılmasına əngəllər törətməklə düşündülər ki, Azərbaycan zəif qalacaq, bu da onların işinə yarayacaq.
Ölkənin səbatsız və milli duyğulardan məhrum olmuş vətəndaşlarını, çox halda isə təcrübəsiz və səmimi dindar gəncləri müxtəlif yollarla tələyə salıb casus və agentə çevirməkdən həzz alanların bu gün Azərbaycandan nə isə tələb etməyə yox, istəməyə üzləri necə gəlir? Bu sual ətrafında düşündükcə bunun bircə adı olur: Şərəfsizlik!
Azərbaycanın İsraildəki səfirliyi açılandan bəri yenə də qrammofon valının cızılmış yeri dövriyyədədir. Dönüb-dönüb eyni havanı oxuyur. Asır, kəsir, meydan oxuyur bizlərə. Anlamırlar ki, illər uzunu susduq, görməzdən gəldik, bəlkə haqqın yoluna gəlib ağıllandılar-deyə düşündük. Nəhayət, bu arzularımız puç olanda hərəkətə keçdik. Erməniyə silah, kəşfiyyat materialı ötürən “şiə qardaşlarımız” bizə də illər uzunu narkotikdən başqa heç nə vermədikərindən zərrəcə utanmadılar.
İndi bilmirsən ki, bu mələfəbaşlar hansı üzlə bizdən İsrailə qarşı çıxmaq, bu dövlətlə hər hansı əlaqə qurmaqdan çəkinmək tələb edirlər? Kim bu haqqı tanıyıb onlara? Dövlətimizin adını belə həqarətlə “Bakı respublikası” adlandırmaqdan utanmayan, gecə gündüz iftira və böhtan yağdıran, bizləri təhqir edən bu iftira bataqlığının qurbağaları indi qeyrət mücəssəməsi olublar. Guya ki, biz İsraillə əmkdaşlıq edib müsəlmanlara qənim kəsilmişik. Guya ki, İran mələfəbaşları dünya müsəlmanlarının himayəçisi imiş. Amma bircə dəfə barmaq qatlayıb deyə bilməzlər ki, nə vaxt, harada müsəlmanların mənafeyini müdafiə ediblər. Uzağa getməsinlər, elə bizə hansı dəstəyi göstərdiklərini bəyan etsinlər. Öz balaları dünyanın bahalı məkanlarında lüt-üryan, eyş-işrətdə üzənlər özgələrinin adam kimi müasir həyat tələbləri ilə yaşamasına imkan vermirsə bu mələfəbaşlardan nə gözləmək olar. Bu yaxınlarda sosial mediada İran başbilənlərinin övladlarının hərəktləri, həyat tərzi əks olunan videolara baxandan sonra dahi Sabirin hələ keçən əsrdə dediyi misra qopdu dilimdən: Kim nə deyər sizdə olan qeyrətə? Qeyrətiniz bəllidir hər millətə.

Şəmsi Qoca
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024