Mobil versiya
ABŞ-da zəhər və cəllad qıtlığı: edamların sayı azalıb
Tarix: 06-04-2023 | Saat: 15:52
Bölmə:Özəl | çapa göndər

ABŞ-da zəhər və cəllad qıtlığı: edamların sayı azalıb

ARD telekanalının məlumatına görə, 2022-ci il ABŞ-da uğursuz inyeksiya edamlarının sayına görə rekord il olub. Belə ki, keçən il 20 ölüm hökmündən yeddisi icra olunmayıb. Bunun əsas səbəbi kimi isə, ölkədə yaşanan zəhər və kadr çatışmazlığı göstərilir.
Həmçinin hökm icraatlarının sayının azalmasına səbəb olan digər bir amil də bu icraatların baha başa gəlməsidir. “Death Penalty Clearinghouse”-un (ölüm hökmləri barədə məlumat mərkəzi) açıqlamalrına görə, hər ölüm hökmü ştata orta hesabla 20 milyon dollardan çox, Floridada isə 50 milyon dollara başa gəlir. Cinayət törədənə ömürlük həbs cəzası müddətində çəkilən xərclər isə bu məbləğin cüzi bir hissəsini təşkil edir.
Qeyd edək ki, ölüm hökmünü çıxarmaq hüququna federal hökumət, ABŞ ordusu və 50 ştatdan cəmi 27-nin yerli hökuməti malikdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024