Mobil versiya
Estoniya Rus telekanallarının nümayişini tamamilə dayandırır
Tarix: 05-04-2023 | Saat: 18:30
Bölmə:Özəl | çapa göndər

Estoniya Rus telekanallarının nümayişini tamamilə dayandırır

Estoniya İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Tənzimləmə Təşkilatı (TTJA) Avropa İttifaqında sanksiyalar altında olan telekanallara baxmağa imkan verən 53 domen haqqında internet provayderlərini məlumatlandırıb. Baltic News Service agentliyi xəbər verir ki, onların hamısı bloklanacaq.
Estoniya Dövlət Departamentinin sifarişi ilə keçirilən ictimai rəy sorğusu göstərib ki, Rusiya kanallarını mühüm informasiya mənbəyi kimi qeyd edən izləyicilərin sayı il ərzində 33 faizdən 11 faizə, onlara etimad göstərənlərin sayı isə 40 faizdən 18 faizə düşüb. Hakimiyyət orqanlarının fikrincə, bu, “Estoniyanın informasiya məkanının mühafizəsi tədbirlərinin” nəticələridir.

Estoniya hazırda Aİ-nin sanksiyalarına əməl olunmasını təmin etmək üçün 195 internet saytına və 51 telekanala girişi məhdudlaşdırıb. TTJA telekanalları və internet saytlarını izləməyə və yeni bloklama siyahılarını birbaşa operatorlara göndərməyə davam edəcəyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024