Ömrünü xalqına həsr edən Dahi Lider
Tarix: 05-04-2023 | Saat: 16:31
Bölmə:Özəl | çapa göndər
Bütün dövlətçilik tarixi boyunca heç bir lider Heydər Əliyev şəxsiyyəti bərabərində özünün bütün həyatı və fəaliyyətini xalqının milli inkişaf və müstəqillik yoluna həsr etməmişdir. Dahi rəhbərin bütün amalı, həyat və fəaliyyət məqsədi Azərbaycan xalqının milli müstəqilliyi, onun xoşbəxtliyi və firavanlığı yolunda çalışmaq olmuşdur. Buna görə də heç bir tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevə nəsib olan ümummilli lider zirvəsinə yüksələ bilməmişdir. Ulu öndər Heydər Əliyev məhz məqsədyönlü fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan xalqına sarsılmaz müstəqillik, suveren dövlət bəxş etmiş, xalqının tarixinə öz adını qızıl hərflərlə yazmışdır. Ulu öndər Heydər Əliyevin hələ Azərbaycanın müxtəlif dönəmlərdə ayrı-ayrı dövlət orqanlarında işlədiyi vaxtlarda Azərbaycan xalqının tarixi taleyi və ərazi bütövlüyü uğrunda göstərdiyi fəaliyyət böyük vətəndaşlıq örnəyi kimi yeni nəsillərə nümunədir.
Ulu öndər Heydər Əliyevin adı həmişə Azərbaycanla qoşa çəkilir. Bütün mənalı həyatını Azərbaycan üçün, mənsub olduğu Azərbaycan xalqı üçün həsr edən, “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır”,- deyən ulu öndər xalqımızın tarixi taleyində həmişə bir xilaskar kimi misilsiz rol oynayıb. Mənalı ömrünü bütün varlığı, canı və qanı qədər sevdiyi Azərbaycan üçün həsr edən ulu öndərimizin xidmətləri, müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası bu gün ölkəmizin qüdrət və güc təməlində dayanır. “Heydər Əliyev-Azərbaycan” qoşalığı məhz müstəqillik illərində müdrik liderin həyata keçirdiyi misilsiz işlərin və böyük məhəbbətin nəticəsidir. Azərbaycanın dünyada tanınması, nüfuzlu və etibarlı tərəfdaş kimi etimad göstərilməsi, böyük siyasi arena və təşkilatlardan səsinin gəlməsi məhz Heydər Əliyev müdrikliyinin uğuru və nəticəsidir.
Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasi kursunun nəticəsində Azərbaycan bütün bölgələrilə yeni inkişaf yolu keçir, yenidənqurma, abadlıq və quruculuq tədbirlərilə Azərbaycan xalqına xoşbəxt yaşayış, rifah bəxş edir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyev haqqında inamla deyirdi: “Mən ona özüm qədər inanıram!” Ulu Öndərimizin layiqli varisi olan Prezident cənab İlham Əliyevin məhz dahi Heydər Əliyev siyasi kursunu inkişaf etdirməsi nəticəsində Azərbaycan dünyada öz layiqli yerini tutmuş, etibarlı tərəfdaş olaraq tanınmış və xarici siyasətdə böyük uğurlar əldə etmişdir. Azərbaycanın vaxtilə aqrar ölkədən sənaye və o cümlədən müasir dövrdə kosmik gücə malik olan bir ölkəyə çevrilməsi məhz dahi lider Heydər Əliyevin müdrik siyasi konsepsiyası və quruculuq xəttinin məntiqi nəticəsi, ardıcıl və uğurlu davamının yekunudur.
Böyük iqtisadi layihələr sahəsində lider olan Azərbaycan Prezident cənab İlham
Əliyevin müdrik fəaliyyəti nəticəsində həm də qüdrətli Silahlı Qüvvələrə, Milli Orduya malik olan bir ölkəyə çevrilmişdir. Aprel döyüşlərindəki məharətli döyüş taktikası və Günnüt əməliyyatı zamanı həyata keçirilən mühəndislik qabiliyyəti müasir Azərbaycan Ordusunun qələbə əzmini tam mənası ilə özündə ifadə etdi və xalqımıza işğal altında olan ərazilərimizin tezliklə qaytarılacağı əminliyini yaratdı. 2020-ci ilin sentyabr ayından Ermənistan Silahlı Qüvvələrinin havadarlarının dəstəyi ilə ölkəmizin sərhədlərinə qarşı təxribat əməllərinə qarşı əks-hücum əməliyyatları Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə uğurla başa çatdı: 44 günlük müharibə kimi yadda qalan Azərbaycanın Vətən müharibəsi Azərbaycan Milli Ordusunun qəhrəmanlıq və rəşadət örnəyi olaraq bütün dünya tarixində layiqlə yer aldı. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrundakı əməliyyatları həm qəhrəmanlıq və rəşadət, həm də döyüş taktikası və yeni nəsil silah və texnika öncüllüyü ilə dünyanın hərb tarixində şanlı səhifələr yazdı. Aparılan uğurlu döyüşlər nəticəsində Şuşanın azad olunması ilə düşmən təslim olmağa məcbur edildi və noyabrın 10-dakı qətnamə ilə Azərbaycan Böyük Zəfər Gününü qeyd etdi. Azərbaycan Prezidentinin Qələbə münasibətilə Ulu Öndərin məzarı üstünə gedərək oradan xalqa müraciət etməsi həm xalqa, həm də müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərə hesabat çıxışı olaraq qəbul edilə bilərdi. Bəli, bu Zəfər Ulu Öndərin siyasi kursuna sədaqət, xalqla lider birliyi nəticəsində əldə edilən bir zəfər idi. Hazırda işğaldan azad olnumuş torpaqlarda quruculuq işlərinin aparılması da Azərbaycana vəd edilən Günəş kimi parlamanın işıltıları, inkişaf və qüdrətin təntənəsidir.
Bugünkü müstəqil Azərbaycan dövləti xalqımıza ulu öndər Heydər Əliyevin ən böyük ərmağanıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycanın hər qarışında onun əzmi ilə yaranan müstəqillik qüdrəti və Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!
Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024