Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar
Tarix: 05-04-2023 | Saat: 14:00
Bölmə:Özəl | çapa göndər
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti,rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın səhərini, Zabux və Sus kəndlərini də bir güllə belə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlət başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gun qarşıya qoyulan mühüm vəzifələrdəndir. Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Prezident İlham Əliyevin çıxışında bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasını əsas vəzifələrdən biri kimi qeyd etməsi heç də təsadüfi deyil. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Çox təəssüflər olsun ki, münaqişə başa çatsa da Ermənistan tərəfi hələ də müəyyən xarici qüvvələrin təhriki ilə Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır. Ölkəmiz bu qüvvələrin anti-Azərbaycan ruhlarını yaxşı tanıyır. Otuz ilə yaxın müddət ərzində davam edən işğal dövründə məhz bu qüvvələr münaqişəni dondurmaq, işğalı möhkəmləndirmək üçün əllərindən gələni edirdilər. Buna görə də Azərbaycan hər zaman öz torpaqlarının təhlükəsizliyini və ərazi bütövlüyünün toxunulmazlığını təmin etməyə hazır olmalıdır. Məhz bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri artıq başa çatmaq üzrədir. Bu gün ölkəmiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı dövlətimiz tərəfindən bütün gərəkən addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.İşğaldan azad edilmiş Laçın rayonu yeni inkişaf dövrünü yaşayır. Laçın rayonunda Su Elektrik Stansiyasının işə salınması, müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə yanaşı, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Laçın 2 nömrəli, Zabux kənd tam orta məktəblərinin bərpası və yenidən qurulması işlərinin sürətlə aparılması qısa zamanda Laçına ilkin qayıdışın reallaşacağından xəbər verir.
Bütün bunlara baxmayaraq Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevrilir həmçinin, bütün infrastrukturu, daxili yolları yenidən qurulur. Laçının çox füsunkar təbiəti- meşələri, dağları, çayları var. Əminliklə deyə bilərik ki bu, bir cənnət məkan olacaqdır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.Bu gün biz öz tarixi torpaqlarımıza qayıdırıqsa, orada bərpa-quruculuq işləri aparırıqsa, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq olanları əsla unutmamalıyıq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024