Xalqın istəyini bilən, o istəyi ən yaxşı formada həyata keçirən ölkə başçısının siyasətinə inam qələbələrimizin əsasıdır
Tarix: 05-04-2023 | Saat: 11:00
Bölmə:Özəl | çapa göndər
30 illik işğala son qoyan Zəfərimizin memarı və Ali Baş Komandanı cənab ilham Əliyev qələbədən sonra azad edilmiş ərazilərin bərpası istiqamətində çox ciddi tədbirlər həyata keçirir. Dağılmış infrastrukturun bərpası istiqamətində görülən işlər indi hamını heyran qoyur. Yalnız dövlətimizin öz gücünə həyata keçirilən işlərin həcmi həddindən artıq böyükdür. Az bir zamanda tikilən hava limanları, yollar, körpülər, tunellər, Su Elektrik Stansiyaları ölkə başçısının əzmi və iradəsinin sayəsində meydana çıxmışdır. Gərgin iş qrafikinə baxmayaraq həm beynə\lxalq aləmdə siyasi proseslərə qatılmaq, ölkəni layiqincə təmsil etmək, həm də daxildə gedən proseslərə rəhbərlik və nəzarət ağır olsa da təcrübəli, əzmkar ölkə başçısı bu işlərin öhdəsindən mətanətlə gəlir. Təbii ki bu sahədə xalq birmənalı şəkildə cənab Prezidenti dəstəkləyir və hər bir çətinlikdə onunla birlikdə olduğunu göstərir.
Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin Məsim Məmmədovu qəbul edərək öz tövsiyələrini verməklə yanaşı, görüləcək işlərdən danışmışdır. Cənab Prezident çıxışında qeyd etmişdir ki, Laçının işğalı əslində xəyanətkar siyasi qüvvələrin səbatsızlığının və hakimiyyət hərisliyinin nəticəidir: “Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı. Ondan bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.”
Bu gün isə Laçın azaddır. Orada quruculuq prosesinə start verilmişdir. İlk növbədə yaşayış evlərinin və yolların tikilməsi göstərir ki, ölkə başçısının dediyi kimi insanlar öz yurdlarına dönsün və məcburi köçkün həyatına son qoyulsun. Hər bir vətəndaşının ağrısını, acısını öz ağrısı kimi qəbul edən müdrik rəhbərin qətiyyətli və əzmli mübarizəsi tezliklə arzuların gerçəkləşməsinə imkan verəcəkdir.
Cənab Prezident məhz bu quruculuq işlərinin əhatə etdiyi sahələrdən danışaraq qeyd etmişdir ki, “Ondan dərhal sonra göstəriş verildi ki, biz vaxt itirmədən Laçın şəhərinin yenidən qurulması prosesinə start verək. Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək.
Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.”
Cənab prezident qeyd etmişdir ki, Laçın rayonunda beynəlxalq hava limanı, Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox. Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın insanın məskunlaşması üçün evlər tikilir. Eyni zamanda, Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum və çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. “Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır.”
Qeyd edilənlər göstərir ki, Azərbaycan bir dövlət kimi Ermənistandan fərqli olaraq stabil inkişaf yolunda irəliləyir, sülhü başlıca şərt hesab edir. Lakin ermənilər hələ də xülyaya qapılmaqda davam edir. Bir sıra dövlətlərin, xüsusən Fransanın canfəşanlığı və təzyiq metodundan istifadə cəhdləri də cənab prezidentin yürütdüyü siyasət və qəti mövqe nəticəsində fiaskoya uğramışdır.
İndi yeni dünya düzənində layiqli yer tutmaq, bəşəri ideyaları həyata keçirmək, insanların yaxşı yaşaması üçün tədbirlər görmək dövlət başçımızın əsas qayğılarından biridir. Təbiidir ki, torpaqlarımızın qorunması, ordumuzun daha da gücləndirilməsi əsas prioritetlərdən biridir və birincisidir.
Yeni idarəetmə modelinə keçidə işarə edən cənab Prezident tezliklə bu modelin tətbiqinin zərurətini də qeyd etmişdir. Xalqın istəyini bilən, o istəyi ən yaxşı formada həyata keçirən ölkə başçısının bu siyasəti də cəmiyyət tərəfindən birmənalı qəbul edilməkdədir. Məkrli qonşularımız nə qədər cəhd etsələr də Azərbaycanın idarəsi əmin və qətiyyətli əllərdədir və xalqın inamı sarsılmazdır. Bu inam isə qələbələrimizin əsasıdır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024