Minsk: DTK rəhbəri Varşavaya “qırmızı xətləri” keçərsə, cavab tədbirləri ilə bağlı xəbərdarlıq edib
Tarix: 05-04-2023 | Saat: 09:34
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertelin sözlərinə görə, Belarusun xüsusi xidmət orqanları respublika ərazisində məxfi rabitə ilə bağlı aktiv əməliyyatlar apararkən Polşa vətəndaşlarını saxlayıblar. Eyni zamanda, DTK rəhbəri Polşanın “qırmızı xətləri keçəcəyi təqdirdə Minskdə sərt cavab tədbirlərinin görüləcəyini açıqlayıb”, - bu barədə BELTA (Belarus Teleqraf Agentliyi) xəbər verir.
Varşavanın xüsusi xidmət orqanları ilə peşəkar əlaqələrin olduğunu qeyd edən Tertel Belarus tərəfinin narahatlığını bütün kanallarla çatdırdıqlarını təsdiqləyib. O cümlədən öz ərazisində yaraqlılara təlim keçmək üçün düşərgələr, planlaşdırılan və törətməyə cəhd edilən terror hücumları haqqında. Bununla bağlı DTK rəhbəri etiraf edib ki, o, “qırmızı xətt” anlayışından istifadə etmək istəməzdi, lakin onun fikrincə, baş verənlər beynəlxalq təcrübədə qəbuledilməz hallardır. “Ona görə də nəzərə almaq lazımdır ki, belə hallara yol verilərsə, cavab tədbirləri bizim tərəfimizdən heç də az olmayacaq, bəlkə də daha təsirli olacaq”, - deyə Tertel vurğulayıb. Daha sonra KQB sədri qarşı tərəfə bir xəbərdarlıq mesajı da göndərib: “Biz hər kəsi yaxşı tanıyırıq. Belə deyək, kimin səhər yeməyinə nə yediyini, kimin-kiminlə yatdığını da gözəl bilirik. Vaxtı çatınca, hamı cavab verəcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər