Mobil versiya
NATO Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə məhəl qoymur
Tarix: 04-04-2023 | Saat: 13:35
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

NATO Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə məhəl qoymur

“Financial Times” (FT) qəzeti alyansa üzv ölkələrin adlarını açıqlanmayan diplomatlarına istinadən yazır ki, NATO indiyədək Ukraynanın alyansa qoşulmaq üçün müraciətinə məhəl qoymadığını etiraf edir.
Diplomatlardan biri deyib: "Masada ərizəsi olan məktub var, amma biz ona məhəl qoymuruq".
FT-nin digər həmsöhbəti deyib ki, NATO ilə Ukrayna arasında daha sıx münasibətlərdən danışmaq olar, lakin yaxın vaxtlarda alyansa üzvlükdən söhbət getmir.
FT yazır ki, NATO-nun bu münasibəti Kiyevdə getdikcə daha çox qıcıq yaradır. Xüsusilə, Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib ki, Ukrayna alyansın iyun sammitində zəmanət yox, konkret təminatlar almaq istəyir.
"Biz NATO-ya üzv olmaq üçün rəsmi müraciətimizə cavab alacağımızı gözləyirik" dedi.
NATO-nun baş katibi Yens Stoltenberq bu ərəfədə bildirib ki, Ukrayna Rusiya ilə münaqişədə qalib gəlməsə, NATO-ya üzvlük məsələsinin heç bir əhəmiyyəti olmayacaq.
Bundan əlavə, Çexiya prezidenti Petr Pavel martın 20-də qeyd edib ki, NATO ölkələrinin Macarıstan və Türkiyənin mövqeyinə görə Ukraynanın alyansa qəbulu ilə bağlı yekdil qərar qəbul etməsi çətin olacaq, Öz növbəsində Macarıstanın baş naziri Qerqey Quyyaş martın 9-da qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması dünya müharibəsinin başlanması demək olacaq.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024