Mobil versiya
Ukraynaya əlavə qüvvələr göndərilib
Tarix: 04-04-2023 | Saat: 12:21
Bölmə:Özəl | çapa göndər

Ukraynaya əlavə qüvvələr göndərilib


Euractiv portalının məlumatına görə, İspaniya Toledoda hərbi hazırlıq müddətini başa vuran 200 ukraynalı hərbiçini döyüş zonasına göndərib.

Məlumatda bildirilir ki, Toledo piyada akademiyasında beş həftə təlim keçən ukraynalı əsgərlər, döyüş əməliyyatlarına tam hazırdılar. Qeyd olunur ki, hazırda akademiyada təlimlərini davam etdirən ukraynalı əsgərlərin sayı 639 nəfərdir. Ukraynalı hərbiçilər Ukraynaya yardım məqsədilə Avropa İttifaqının missiyası çərçivəsində hərbi hazırlıq keçirlər.

İspaniya hərbi qüvvələrinin tərkibində hazırlıq keçən ukraynalı əsgərlərin sayının 856 nəfərə çatdırılacağı bildirilir. Qeyd olunur ki, hazırlıq keçən ukraynalıkar, hərbiçilərdən ibarət elit ordunun əsgərləri deyil, yaşı 36-ya qədər olan adi mülki vətəndaşlardır. Onlar əvvəlcədən hərbi təlim keçməmiş, təlim məktəblərində hərbi hazırlıq keçmək məqsədilə çəlb olunurlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024