Mobil versiya
Kamçatkada güclü zəlzələ baş verib
Tarix: 03-04-2023 | Saat: 10:36
Bölmə:Özəl / Dünya | çapa göndər

Kamçatkada güclü zəlzələ baş verib

"Kommersant"ın Petropavlovsk-Kamçatski müxbiri xəbər verir ki, aprelin 3-də bazar ertəsi günortadan sonra Kamçatka ərazisinin cənubunda 6,9 bal gücündə zəlzələ baş verib. İnsanlar evlərindən qaçmağa məcbur olublar. Bəzi binalarda, xüsusən də bir sıra ofis mərkəzlərində və müəllimlər kollecində dağıntıların olduğu bildirilir. Binalarda baş verən təkanlar nəticəsində mebel və məişət texnikası dağılıb
.Xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə binalara baxış keçirirlər. Bu ərazilərdə yeraltı təkanlar 5-6 bala qədər qüvvə ilə hiss olunub. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Potensial təhlükəli obyektlərin rəhbərləri, növbətçi dispetçer xidmətləri ilə qarşılıqlı əlaqə təşkil edilib.Petropavlovsk seysmik stansiyasının məlumatına görə, seysmik hadisə aprelin 3-də Kamçatka vaxtı ilə saat 15:06-da 100 km dərinlikdə baş verib. Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatskidən 44 km cənubda, Avaça körfəzində yerləşib. Sunami təhlükəsi olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024