ABŞ Konqressmeni ölkəsinin Ukrayna münaqişəsinə müdaxiləsini epik fəlakət adlandırıb
Tarix: 02-04-2023 | Saat: 19:32
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
Respublikaçı Pol Qosar ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxiləsinin Ukrayna üçün düzəlməz nəticələrə gətirib çıxardığını iddia edir. “Rusiya və Ukrayna arasındakı münaqişədə Amerikanın iştirakı epik bir fəlakətə çevrildi... Sülhün olmadığı hər növbəti gün dünyanın onilliklər ərzində nüvə silahlarının dağıdıcı təsirləri riski olmadan həzz aldığı kövrək təhlükəsizliyi ciddi təhdid altına alan bir gündür”, - konqressmenun bu sözlərini “The Iowa Standard” dərc edib.
Qosar Amerikanın hissələrə parçalandığını hesab edir. O vurğulayıb ki, ABŞ-ın infrastrukturu nasazdır, dəmir yollarının isə yenidən qurulmasına ehtiyac var. Respublikaçı konqressmen həmçinin cinayətkarlığın yayılmasına və evsizlərin sayının artmasına da diqqət çəkib. Qosarın fikrincə, ölkə hakimiyyəti resursları daxili problemləri həll etmək üçün cəmləşdirməlidir. Konqressmen ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin rəhbəri Kay Qrencerə müraciət göndərərək onu Kiyev üçün silahlanmaya vəsait ayırmamağa çağırıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024