Mobil versiya
Avropa Şurası Avropa ölkələrini sərhədlərdə miqrantlara qarşı kobud rəftara görə qınayır
Tarix: 02-04-2023 | Saat: 18:26
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Avropa Şurası Avropa ölkələrini sərhədlərdə miqrantlara qarşı kobud rəftara görə qınayır

Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi Avropa ölkələrini miqrantlar sərhədləri keçərkən və müvəqqəti yerləşdirmə mərkəzlərində saxlanarkən onlara qarşı qeyri-insani rəftara son qoymağa çağırıb. Komitənin hesabatından belə görünür ki, miqrantlar mütəmadi olaraq Aİ ölkələrinin sərhəd xidmətlərinin nümayəndələri tərəfindən zorakılıq və pis rəftara məruz qalırlar.
Xüsusilə Avropa Şurasının hesabatında “qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi, “yerdə uzanan insanlara yaxın güllələrin atılması, habelə miqrantların bəzən əlləri bağlı halda çaylara itələnməsi” kimi faktlar qeyd olunur. Bundan başqa, müəyyən edilib ki, sərhədçilər tez-tez insanları soyuqda soyunmağa və ayaqyalın gəzməyə məcbur edirdilər. Bir sıra miqrantlarda it dişləmə izləri aşkar edilib. Kimliklərini gizlətmək üçün polislər və sərhədçilər miqrantları döyən zaman çox vaxt “şəxsiyyət nişanlarını və polis nişanlarını çıxarırlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024