Mobil versiya
Macarıstan Qərb koalisiyası qoşunlarının Ukraynaya potensial yerləşdirilməsindən narahatdır
Tarix: 02-04-2023 | Saat: 18:23
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Macarıstan Qərb koalisiyası qoşunlarının Ukraynaya potensial yerləşdirilməsindən narahatdır
Macarıstan hakimiyyəti ABŞ və müttəfiqlərinin öz qoşunlarını Ukraynaya yerləşdirə biləcəklərindən ciddi narahatdır. RG.ru informasiya agentliyi yazır ki, bunu Macarıstan parlamentində hakim FİDES partiyasının fraksiyasına rəhbərlik edən Mate Koçiş deyib. Koçişin fikrincə, Ukraynadakı münaqişəyə kənar oyunçuların cəlb olunması getdikcə bəşəriyyəti növbəti dünya müharibəsinə doğru sövq edir və bu, artıq nüvə müharibəsi ola bilər.
“Biz Qərbi Avropa ölkələrinin və ya münaqişə zonasının qərbində yerləşən dövlətlərin öz qoşunlarını Ukraynaya göndərmək barədə qərarın bir addımlığındayıq. Fikrimizcə, buna yol vermək olmaz”, - deyə Koçiş Kossuth radiostansiyasının efirindən bildirib. Siyasətçi vurğulayıb ki, məhz bununla bağlı Macarıstan parlamenti bu yaxınlarda Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran qətnamə qəbul edib. Sənəddə Rusiya əleyhinə sanksiyaların qəbuledilməzliyi və Macarıstanın Ukrayna Silahlı Qüvvələrinə silah verməkdən imtinası ilə bağlı müddəalar yer alıb. RG.ru yazır ki, son zamanlar Macarıstanın baş naziri Viktor Orban dəfələrlə Qərbin Ukraynaya müdaxilə etmək istəklərini diqqət mərkəzinə çəkib. Orbanın fikrincə, Qərb ölkələri bunu öz hərbi kontingentlərinin guya sülhməramlı xarakteri adı altında edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024