Mobil versiya
Mayori Taylor ABŞ hökumətini Assanjı azad etməyə çağırıb
Tarix: 02-04-2023 | Saat: 17:17
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Mayori Taylor ABŞ hökumətini Assanjı azad etməyə çağırıb

Tanınmış amerikalı siyasətçi Mayori Taylor Qrin özünün Telegram kanalında ABŞ hakimiyyətini Britaniyanın Belmarş həbsxanasında Amerikaya ekstradisiyasını gözləyən Culian Assanjı azad etməyə çağırıb.

“Ona qarşı irəli sürülən ittihamlar ləğv edilməlidir. Amerika Birləşmiş Ştatları 1-ci düzəlişi və mətbuat azadlığını qorumalıdır. Bu, hər bir xalqın sahib ola biləcəyi ən böyük azadlıqlardan biridir”, - Qrin deyib. Bir gün əvvəl məlum olub ki, ABŞ Konqresinin nümayəndələr palatasının üzvü Rəşidə Tlaib baş prokuror Merrik Qarlanda “Wiki-Leaks”in rəhbəri Culian Assanjın Amerikaya ekstradisiyası kampaniyasını dayandırmağa çağıran məktub üçün imza toplayır. Bir nüsxəsi The Intercept tərəfindən əldə edilən məktub hələ imzalanma mərhələsindədir və hələ də Baş Prokuror Merrik Qarlanda göndərilməyib. Dəstək axtaran Tlaib həmkarlarını bir şəxs kimi Assanj ilə fikir ayrılıqlarını bir kənara qoymağa və ABŞ konstitusiyasında təsbit olunmuş mətbuat azadlığı prinsipini müdafiə etməyə çağırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-01-2025