Mobil versiya
Azərbaycan demokratik prinsiplərə sadiqdir
Tarix: 01-04-2023 | Saat: 10:24
Bölmə:Özəl | çapa göndər

Azərbaycan demokratik prinsiplərə sadiqdir

Azərbaycan demokratik prinsiplərə sadiq ökə olaraq siyasi münasibətləri qarşılıqlı dialoq müstəvisində tənzimləyir.Təqdirəlayiq haldır ki,ümummilli məsələlərin həllində iqtidarla müxalif partiyalar arasında qarşılıqlı anlaşmaya nail olunur.Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışında bu məsələyə öz münasibətini bildirmişdir:”Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
Ölkəmiz bu istiqamətdə nümunəvi dövlətlər sırasındadır. Beləki siyasi dialoqun əldə olunması üçün iqtidarın dözümlülüyü,tənqidə və özüntənqidə loyal yanaşması,əks qütbün fikirlərinə normal münasibət göstərilməsi əsas şərtlərdəndir ki,Azərbayczn iqtidarı bu meyarlara əməl edir.Vətəndaş cəmiyyətinin formalaşması üçün də bu prinsiplər əsasdır.
Bu gün ölkəmizdə söz,vicdan azadlıgı,siyasi sərbəstlik siyasi mühitin demokratik dəyərlərə uygun inkişafı üçün münbüt şərati formalaşdırır.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024