Mobil versiya
Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?
Tarix: 17-03-2023 | Saat: 14:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?

Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.

aia.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.

Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.

Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib. /Qafqazinfo

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024