Mobil versiya
Laçın-Xankəndi yolunda aksiya 80 gündür davam edir
Tarix: 01-03-2023 | Saat: 09:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Laçın-Xankəndi yolunda aksiya 80 gündür davam edir

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

aia.az xəbər verir ki, bu gün aksiyanın 80-ci günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən aksiya iştirakçıları adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələbləri və şüarları dəyişilməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb olunur. İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2024