Azərbaycanda idmana və idmançılara dövlət qayğısı çox yüksək səviyyədədir
Tarix: 11-01-2023 | Saat: 15:41
Bölmə:Özəl | çapa göndər
Ölkəmizdə idman siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev çox yüksək səviyyədə və uğurla davam etdirir. Dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi eləməklə Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda saysız hesabsız müxtəlif növ medallara layiq görülməsi bunun əyani sübutudur. Cənab Prezidenti İlham Əliyevin çox yüksək səviyyəli uğurlu rəhbərliyi altında Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır. İdmançılarımız Azərbaycanı layiqincə və uğurla təmsil edirlər. Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuş, beynəlxalq yarışlarda bir sıra parlaq qələbələrə imza atmışdır. 1997-ci ilə qədər ölkə idmanında effektiv yenilik və yüksək uğur əldə olunmayıb. Lakin Cənab Prezident İlham Əliyevin bu sahəyə rəhbərlik etməsindən sonra, ölkə idmanının çox yüksək, qızıl və parlaq günləri başladı. Bu gün hər sahədə olduğu kimi, idman sahəsində də əldə olunan bütün uğurların səbəbkarı və müəllifi cənab Prezident İlham Əliyevdir.
Hər sahədə qətiyyətli, prinsipial mövqe nümayiş etdirən və hər sahəyə mükəmməl qayğı göstərən cənab Prezident İlham Əliyev o zaman bütün qüvvəsi ilə ölkə idmanının dirçəlməsinə, idman sahəsində nəinki Azərbaycan səviyyəsində, hətta bütün dünya səviyyəsində çox böyük nailiyyətlər qazanılmasına və idmançılarımızın hər gün bir uğur əldə etməsinə nail oldu. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr onu təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı cənab İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti Azərbaycan idmançılarını yeni qələbələrə səsləyir. Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız bütün mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edir, medal və mükafatlarla Vətənə dönürlər. Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətinin nəticəsidir. Bu gün hər bir idmançı dövlətinin, dövlətçiliyinin, Prezidentinin yanındadır. İdmançılarımız qazandıqları hər bir uğura görə ona, onun idmana göstərdiyi diqqətə və qayğıya borcludurlar.
Elşən Əzizov,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2024