Mobil versiya
Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar.
Tarix: 29-12-2022 | Saat: 13:11
Bölmə:Ölkə | çapa göndər

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar.

Bu günün əsası 1989-cu ildə Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə İran sərhədinin(Azərbaycan sərhədinin SSRİ) dağılması ilə qoyulub. Uzun illərdən bəri bir-birinə həsrət qalan soydaşlarımızın qovuşması nəticəsində Arazın hər iki sahilində yürüşü Şimali və Cənubi Azərbaycanın arasındakı sərhəd dirəklərini yıxması o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azaərbaycanlıların bir millət olduğunu dünyaya bəyan etdi. Bu şüarın məzmunu Azərbaycanı bütövləşdirmək idi. Əlbəttəki, o gündən-bu gündənə bu tarix birləşmək istəyinin simvolik nişanıdır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini yaratmasının nə qədər əhəmiyyətli olması bu gündə öz faydasını göstərir. Çünki, 70 il ərzində Azərbaycan bütün adət-ənənələrindən və milli dəyərlərimizdən və milli kimliyimizdən uzaqlaşdırılmışdıq. Bir sözlə, Sovet hakimiyyəti Azərbaycanda ruslaşdırma, manqurtlaşdırma siyasəti yeridirdi. Tarixidən də bildiyimiz kimi, 1828-ci Türkmənçay müqaviləsi əsasında Azərbaycan iki hissəyə bölünmüşdü. Dünyada yeganə ölkədir ki, Azərbaycan öz halal torpaqları ilə həmsərhəddir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasındakı birlik və həmrəylik yaratmaq içində mühüm rol oynayır. Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətdə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub, böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Dünya Azərbaycanlılarının milli birliyi və həmrəyliyi prosesində 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının 1-ci Qurultayı keçirilib.
Hətta "İkinci Vətən" müharibəsində də xalqımızın həmrəylik göstərərək, bir yumruq altında birləşməsi və torpaqlarımızın işğaldan azad olunması bunu dünyaya bir daha bəyan etdi. Necə ki, ulu öndərimizin dillər əzbəri olan müdrik kəlamında deyildiyi kimi, " Mən fəxr edirəmki, Azərbaycanlıyam" kəlamında da azərbaycançılıq, milli birlik, vətənpərvərlik şüarı öz təsdiqini tapır.
Ümumiyyətlə dünya azərbaycanlılarının yaşadıqları ölkələrdə də sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin olması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirir və ölkəmizin nüfuzunu daha da artırır.

Abbasova Pərvanə,
Bakı Slavyan Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024