Habil Qurbanov: “Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir”
Tarix: 08-12-2022 | Saat: 12:30
Bölmə:Gündəm / Özəl | çapa göndər
“Ulu öndər Heydər Əliyevin milli azərbaycançılıq ideologiyası bu gün bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas birləşdirici amildir. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan.” Qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olaraq azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün bu sahədə sistemli və ardıcıl siyasət yeridir. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov deyib.
Öz fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, Azərbaycanın bütün növbəti uğurlarının və inkişafının təmin olunması baxımından 1994-cü ildə Azərbaycanla Ermənistan arasında əldə edilmiş atəşkəs rejiminin müstəsna əhəmiyyəti olub: “Məlum olduğu kimi, Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. İlk dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Etraf olunmalıdır ki, oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu. Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etdi. Bununla belə 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin mövcudluğunun böyük risk altında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə çevirdi. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ictimai-siyasi sabitlik yarandı. Ulu öndərin gərgin səyləri nəticəsində Birinci Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlandı. Artıq güclü və iradəli dövlət başçısı tərəfindən yenidən qurulan və idarə olunan Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getmək məcburiyyətində qaldı və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bundan sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu.”
Daha sonra H.Qurbanov Ulu Öndər Heydər Əliyevin siyasi mühitdə apardığı ciddi islahatlardan danışaraq bunları deyib: “Müharibədə ölkəmiz üçün son dərəcə mühüm olan atəşkəsə nail olduqdan sonra ümummilli lider Heydər Əliyev siyasi mühitdə zəruri islahatlara başladı. Bu islahatlar bir-biri ilə uyğunlaşdırılmaqla üç əsas istiqamətdə həyata keçirilirdi. Bir tərəfdən ölkədə sosial-siyasi sabitlik yaradılır, digər tərəfdən Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çıxarılması məqsədilə gərgin iş aparılır və nəhayət, neft strategiyası dövlət quruculuğuna təkan verən faktora çevrilirdi. Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq ulu öndər bununla da kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətindən bəhs edərkən isə, Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində ümummilli liderimizin nümayiş etdirdiyi müdrikliyi, təmkini, qətiyyəti və fəallığı ayrıca vurğulamaq lazımdır. Hələ o vaxt ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Tarix ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. Bu gün Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, “Yeni İpək Yolu” layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.”
Sonda müsahibimiz Azərbaycanın yeni inkişaf səviyyəsinə çıxmasında, ölkəmizin Avrasiya məkanında mühüm geosiyasi oyunçuya çevirməsində Heydər Əliyev xarici siyasət kursunun bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilməsi sayəsində mümkün olduğunu xüsusi qeyd edərək deyib: “Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu daxili və xarici siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nəhayət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü və Heydər Əliyev siyasi kursunun alternativsizliyini bütün dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan hazırda özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin əziz xatirəsini sonsuz ehtiramla yad edir. Növbəti, 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması da xalqımızın öz xilaskar oğluna olan bu ehtiramının bir təzahürüdür. Qədirbilən Azərbaycan xalqı öz Ulu Öndərinə olan sevgisini gələcək nəsillərə ötürərək, qəlblərdə əbədi yaşadacaq.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ