Mobil versiya
İran qeyri-demokratik bir dövlətdir.
Tarix: 22-11-2022 | Saat: 14:23
Bölmə:Seçki 2024 | çapa göndər

İran qeyri-demokratik bir dövlətdir.

Respublikamız müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və bu istiqamətdə ardıcıl addımlar atmışdır. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu ölkələrlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsi mühüm yer tutur. Dövlətimiz İran İslam Respublikası ilə münasibətlərinə də məhz bu prinsiplərlə yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. İranda təxmini 30 milyon azərbaycanlının yaşadığını nəzərə alaraq bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Tarixi qonşularımız olan din qardaşlarımız sayılan İran dövlətnin bölgədəki apardığı xarici siyasət son dərəcə anlaşılmaz və təhlükəlidir və dostluq və mehriban qonşuluq siyasətinə uyğun gəlmir.  Molla rejiminin yürütdüyü siyasət qonşu dövlət olan Azərbaycanla yanaşı,birbaşa ölkənin özünə ciddi ziyan vurur. Bildiyimiz kimi son zamanlar İranın yürütdüyü qeyri- müəyyən siyasətə görə qlobal sistemdə İrana qarşı sanksiyalar ildən-ilə şiddətlənməkdə davam edir. Ölkədə tüğyan edən milli ayrı-seçkilik ,irqçiliyə bərabər tutulur. Amma İran ölkəmizin bu xoşməramlı siyasətinə adekvat cavab vermir. Bu ölkə din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edir, İslam təəssübkeşi kimi çıxış etsə də, amma sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Bundan əlavə, İran yenə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərib. Ölkəmizdə İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların nəticələri də bunu sübut edir. Eyni zamanda  təəssüflər olsun ki, Azərbaycanla həmsərhəd olan İran İslam Respublikası Azərbaycan sərhəddinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.
Yeri gəlmişkən, 44 günlük Vətən Müharibəsində nəinki İran tərəfindən heç bir kömək almadıq, əksinə onların emənilərə silah daşınmasında yardım etdilər. Tarixən Azərbaycan xalqının dünyəvi, mütərəqqi dövlət quruculuğunu özünə təhdid kimi qəbul edən İran öz riyakarlığını Azərbaycan torpaqlarının düşmən tapdağında saxlanılması və talanması ilə həyata keçirib. Onu da əlavə etmək yerinə düşər ki, ölkəmiz eyni zamanda heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Lakin bütün bunların fonunda qonşu ölkənin atdığı addımlar, ölkəmizə qarşı sərgilədiyi qeyri-səmimi mövqe Azərbaycanda təəssüf və qəzəblə qarşılanmaqdadır. O da məlumdur ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. İşğal altında olmuş ərazilərimizdəki məscidlərdə ermənilər donuz saxlayıblar. Amma İranın rəsmi şəxsləri heç vaxt Ermənistanı buna görə ittiham etməyiblər. İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. Bu dövlətin ölkədə və ondan kənarda apardığı siyasətdən aydın görünür ki, İran hakimiyyətinin türk millətinə qarşı münasibəti düşmənçilik həddinə qədər gəlib çatmışdır. Azərbaycan hakimiyyətinin İran dövlətinə qarşı heç bir mənfi iddiası, anlaşılmazlıq yaradacaq fikri yoxdur. Əksinə, Ermənistanın addımları Azərbaycanla İranın arasındakı vəziyyəti gərginləşdirməyə hesablanıb. Ermənistanın apardığı məkrli siyasətin nəticəsidir ki, İranda olan hakimiyyətdə anti-türk siyasəti formalaşmışdır və bu o həddə çatmışdır ki,eyni dinə mənsub müsəlman dövləti olan Azərbaycanla hədə-qorxu dilində danışırlar.
İran qeyri-demokratik bir dövlətdir. İran höküməti tərəfindən xalqlarının hüquqları, azadlıqları müdafiə olunmur. Terroru maliyyələşdirən, dəstəkləyən, terror təşkilatları yaradan, müsəlman dövlətləri arasında daim ayrı-seçkilik salan bir dövlətdir.  İranda 30 milyondan çox azərbaycanlı yaşayır. O insanların ana dilində təhsil almaq, ana dilində danışmaq, televiziya, radio, mətbuat yaratmaq və digər imkanlardan istifadə etmək hüquqlarıı demək olar ki, yoxdur.  Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Yaxşı olar ki. ermənilərin müdafiəsinə qalxan İran dövləti ölkəsindəki milli ayrı-seçkiliyə son qoysun, qonşu Azərbaycanla düşmənçilikdən əl çəksin.

Əli Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2024