Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat Seçki Qurultayı keçirilib -Foto
Tarix: 22-11-2022 | Saat: 11:16
Bölmə:Özəl | çapa göndər
Noyabrın 21-də Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması, 147 gənclər təşkilatını ətrafında birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçirilib.
aia.az xəbər verir ki, qurultayda rəsmi şəxslər, Milli Şuraya üzv olan gənclər təşkilatlarının, beynəlxalq və yerli təşkilatların səlahiyyətli təmsilçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Moderatorluğunu Abbasağa Əlizadənin etdiyi Qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik süktutla yad edilməsi ilə başlayıb.
Daha sonra NAYORA-nın sədri Azər Əliyev çıxışına başlayan zaman təşkilatın fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq qurduğunu xüsusilə qeyd edib. Həmçinin NAYORA-nın 2021-2022-ci illər üzrə fəaliyyət hesabatını təqdim edib.
Rəsmilərin çıxışları ilə qurultay davam edib. İlk olaraq AR Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərin cəmiyyətdəki rolundan söz açaraq, Nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Daha sonra AR Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, AR Milli Məclisinin deputatı Müşfiq Cəfərov və AR Gənclər Fondunun İcraçı direktorun müavini Qədir Xəlilov çıxış ediblər.
Rəsmi hissə başa çatdıqdan sonra Qurultayda iştirak edən təşkilatların səsverməsi nəticəsində Azər Əliyev Milli Şuranın yeni sədri seçilib, İdarə Heyətinin, Mərkəzi Nəzarət - Təftiş Komitəsinin üzvləri və sədr müavinləri müəyyənləşib.
Yeni seçilmiş sədr müavinləri:
1. Rafael Hacıbəyli
2. Ülviyyə Axundova
İdarə Heyətinin yeni seçilmiş üzvləri:
1. Elvin Hüseynov
2. Səbinə Əliyeva
3. Samrin Xanlayev
4. Orduxan Qəhrəmanzadə
5. Ülkər Xanlarova
6. Nail Şükürov
7. Azad Mənaflı
8. Dinara Baryamlı
Mərkəzi Nəzarət-Təftiş komissiyasının yeni seçilmiş üzvləri
1. Rəsul Quliyev
2. Əzizağa Atakişiyev
3. Hilal Rəhimli
4. Vəfa Xəlilli
5. Ramiyyə Şahgəldiyeva
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024