Pərvanə Abbasova: Azərbaycan-Albaniya münasibətlərinin inkişafında yeni mərhələ
Tarix: 17-11-2022 | Saat: 15:17
Bölmə:Özəl / Parlament | çapa göndər
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin sentyabrın 23-də qurulmuşdur. Azərbaycanın Albaniyada səfirliyi Yunanıstanın paytaxtı Afina şəhərində yerləşir. Albaniyanın Azərbaycandakı səfirliyi isə Türkiyənin Ankara şəhərində yerləşir. Hətta 2000-ci ildə Azərbaycan Redpublikasının Milli Məclisində Albaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuda yaradılmışdır. Bu işçi qrupuna Nairə Şahtaxtinskaya rəhbərlik edirdi. Hal-hazırda bu işçi qrupuna Mirkazım Kazımov rəhbərlik edir.
Azərbaycanın həm mərkəzi həm də Şərqi Avropa ölkələri ilə, o cümlədən Albaniya ilə ikitərəfli və çox tərəfli əməkdaşlığı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.
Bu ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. İlham Əliyevin Albaniyaya ilk rəsmi səfəri idi. Səfərin məqsədi təbiki, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsidir. Prezident İlham Əliyev görüş ərəfəsində Albaniya prezidenti Bayram Buqay və Baş nazir Edi Rama ilə görüşləri nəzərdə tutulub. İki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Hətta 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumunda Albaniyanın keçmiş prezidentidə iştirak etmişdir. Bu il Azərbaycan-Albaniya münasibətlərinin 30-cu ildönümü ilə əlaqədər olaraq gələn il Albaniyada "Azərbaycan Həftəsi" keçirələcəkdir. Albaniya prezidentləri ölkəmizdə 5 işgüzar, baş nazirləri isə 2 rəsmi, 2 işgüzar səfər ediblər. Hətta 2022-ci ilin 14 aprelində Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama Bakıda rəsmi səfərdə olarkən vurğulamışdıki, Albaniya ATƏT-in sədri və hazırda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu etməyə davam edəcəyini vurğulamışdır. "Biz sizin qonşunuz Ermənistanla sülh və uzunmüddətli əməkdaşlığa yönəlmiş, olduqca nümunəvi səylərinizi alqışlayırıq." Hətta bu ilin 16-da Albaniyanın ovaxtı prezidenti İlır Meta 9-cu Qlobal Bakı forumunda iştirak etmişdir.
Hətta Cənubi Qaz Dəhliz layihəsinin Avropa qolu olan TAP layihəsində də əməkdaşlığımız davam etdirilir. İlır Meta Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlanan "İkinci Vətən" müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Hər iki ölkə arasında 2013-cü ildən etibarən iqtisadi sənayə və texnoloji sahələrdə əməkdaşlıq haqqında "Saziş" imzalanıb. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənubi Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır. Və hər iki ölkə bu istiqamətdə uğurlu əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji sahəsində aktiv iştirakında maraqlıdır. Albaniya Adriatik və İon dənizləri sahillərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosova, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhərdir, digər böyük şəhərləri Durres, Vlyora və Şkoder şəhərləridir. Bildiyimiz kimi Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkədir. Həmçinin 2014-cü ildən Avropa İttifaqının üzvlüyünə rəsmi namizədir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.
Pərvanə Abbasova,
Bakı Slavyan Universiteti
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı