XALQIMIZ KONSTİTUSİYAMIZIN 27-Cİ İLDÖNÜMÜNÜ QALİB XALQ KİMİ İKİQAT SEVİNCLƏ QEYD EDİR
Tarix: 12-11-2022 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 27 il bundan əvvəl qəbul edilmiş Konstitusiya ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Məlumdur ki, konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik qanunu olmaqla yanaşı, digər qanunlar kimi dəyişməz deyil, daim təkmilləşdirilir. Buna görə də konstitusiyaya müəyyən vaxtlarda dəyişikliklərin olunması, müasir tələblərə uyğunlaşdırılması bütün dövlətlər üçün səciyyəvi haldır. Çünki Konstitusiya xalqın və dövlətin inkişaf prioritetlərini özündə əks etdirməli, vətəndaşın hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Bu baxımdan, ölkəmizdə indiyə kimi üç dəfə Konstitusiya islahatı həyata keçirilib. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra Konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə keçirilmiş referendumla isə Konstitusiyaya üçüncü dəfə edilmiş əlavə və dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə güclü zəmin yaratdı.
Bu dəyişikliklər də öz növbəsində Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədlərinə xidmət etmişdir.
Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Eyni zamanda, işğal olunmuş torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün bərpası həm də soydaşlarımızın konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Konstitusiyaya hamı tərəfindən ardıcıl və dönmədən əməl olunması, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə uyğunlaşdırılması hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Konstitusiyaya ciddi riayət edilməsi dövlətin uğurlu inkişafının və cəmiyyətdə vətəndaş həmrəyliyinin əsasıdır.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024