Türkiyə Ukrayna müharibəsinin dayandırılmasına çalışır
Tarix: 11-11-2022 | Saat: 11:42
Bölmə:Özəl / Manşet | çapa göndər
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib ki, Ukrayna münaqişəsinin ədalətli həlli üçün bütün gücünü ortaya qoyacaq.
"Biz həmçinin ərzaq böhranının aradan qaldırılması üçün var qüvvəmizlə çalışırıq"-deyə Ərdoğan Səmərqənddə keçirilən Türk dövlətlərinin sammitində bildirib.
Türkiyə prezidenti buna qədər Ukrayna prezidenti Zelenskini, münaqişənin dayandırılması üçün gücünü aktivləşdirməyə çağırmışdı. Ərdoğan dünya üçün böyük əhəmiyyət daşıyan Ukrayna taxılının ixracına təkan verən Rusiya və Ukraynanın gördüyü işləri yüksək qiymətləndirib.
Bütün səylərə baxmayaraq, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Rusiya və Ukrayna prezidentlərinin görüşü gözlənimir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qərbi Rusiya ilə dialoqa çağırıb. Onun fikirincə, Ukrayna münaqişəsinin Rusiyasız həlli mümkün olmayacaq. Çavuşoğlu, Rusiyaya qarşı birtərəfli sanksiyaların tədbiq olunmasının tərəfdarı olmadıqlarını da qeyd edib.
Türkiyə Ukrayna ətrafında baş vetənlərin aradan qaldırılması üçün Rusiya və Qərb arasında danışıqlara başlanılması üçün təkliflərini də hazırlayıb. Bu təkliflər diplomatik kanallar vasitəsi ilə Vaşinqtona göndərilib. Verilən məlumatlara görə ABŞ Türkiyənin bu məsələdə göstərdiyi təşəbbüslərə müsbət yanaşır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024