Mobil versiya
Cəbrayılın azad olunması unikal hərbi əməliyyat idi
Tarix: 04-10-2022 | Saat: 17:33
Bölmə:Seçki 2024 | çapa göndər

Cəbrayılın azad olunması unikal hərbi əməliyyat idi

İşğal dövründə erməni qəsbkarları Azərbaycanın digər işğal altında olan ərazilərində olduğu kimi Cəbrayıl rayonunda da xalqımıza qarşı dünya tarixində misli görünməmiş vandalizm əməlləri törədiblər. 1993-cü ilin 23 avqustunda işğal olunmuş Cəbrayıl rayonunda həmin vaxt mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Artıq bütün dünya, o cümlədən ermənilərin havadarları da görürlər ki, Ermənistanın hərbi-siyasi rejiminin ölkəmizə, xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti soyqırımları, şəhərlərimizdə törədilən terror aktları, tarixi-mədəni abidələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı yol verilən vandallıq və talançılıqdan ibarət olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb.
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən əməliyyat olub. Məlum olduğu kimi, hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənimiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Buna görə də Cəbrayılın azad olunması istiqamətində aparılan döyüşlərin ilk zəfəri kimi məhz Aprel döyüşlərində əldə olunmuş qələbni göstərmək olar. Artıq İkinci Qarabağ müharibəsi zamanı isə Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. 2020-ci il sentyabr ayının 27-də, Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Həmin gün Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz çox şərəfli qələbələrə imza atıb. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edildi. Eyni zamanda da böyük uğurla həyata keçirilmiş Cəbrayıl əməliyyatından sonra yaranmış əlverişli şərait imkan verdi ki, tez bir zamanda Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi ordumuz tərəfindən işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə