Mobil versiya
79 kq-dan artıq psixotrop maddə aşkarlanıb
Tarix: 20-09-2022 | Saat: 22:04
Bölmə:Media | çapa göndər

79 kq-dan artıq psixotrop maddə aşkarlanıb

AİA.Az xəbər verir ki, psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.

Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına plastik məmulatlar aparan 25LS673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2688 ədəd  plastik şotkaların boru şəkilli tutacaqlarında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin  aşkar edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi başlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024