Mobil versiya
Qazaxda Tovuz döyüşləri şəhidinin əziz xatirəsi ehtiramla anıldı
Tarix: 13-07-2022 | Saat: 18:34
Bölmə:Seçki 2024 | çapa göndər

Qazaxda Tovuz döyüşləri şəhidinin əziz xatirəsi ehtiramla anıldı


Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu, düşmən hücumlarının qarşısı qətiyyətlə alındı. Artıq ikinci ildir ki, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan igidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən ehtiramla yad olunur.
Tovuz döyüşləri zamanı şəhid olan igidlərimizdən biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş mayor Namiq Əhmədovdur. 13 iyul 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatının fəalları şəhidimizin uyuduğu Qazax rayonunun Yuxarı Salahlı kənd qəbrstanlığında olmuşlar. Tovuz döyüşlərinin şəhidi mayor Namiq Əhmədovun keçdiyi şərəfli yoldan bəhs edilmiş, məzarı önünə tər qərənfil dəstələri düzərək, onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Aia.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024