Mobil versiya
Bakıda taksi sürücüsünü hədələyib maşınını və pulunu aldılar
Tarix: 07-07-2022 | Saat: 13:46
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda taksi sürücüsünü hədələyib maşınını və pulunu aldılar

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə iyulun 6-da saat 4 radələrində Bakı şəhər sakini H.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində əyləşən şəxsin onu bıçaqla hədələyib 370 manatını talaması və avtomobillə hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Muxtarov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024