Mobil versiya
Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?
Tarix: 05-07-2022 | Saat: 14:44
Bölmə:Seçki 2024 | çapa göndər

Mövsümi meyvəyə həsrət qaldıq, bəs qarpız-yemişin qiyməti necə olacaq?

May ayında havaların nisbətən soyuq keçməsi bostan bitkilərinin yetişməsini gecikdirsə də, artıq bir neçə gündür sahələrdən qarpız və yemişin tədarükünə başlanıb. Bu il məhsuldarlıq zəif olsa da, qiymətlər ötən ilə nisbətən fermerləri qane edir.

AİA.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, öz dadlı və şirin qarpızı ilə məşhur olan Sabirabad rayonunda qarpız əkini ilə məşğul olan fermerlər sahələrdə topdan və pərakəndə satışa başlayıblar. Fermerlər qeyd edirlər ki, bu il qiymətlər ötənilkindən fərqlidir. Məhsulun Rusiya bazarına daşınması qiymələrə də, öz təsirini gostərib..

Bənzər mənzərə Saatlı rayonunda da müşahidə olunur. Məhsul ölkə xaricinə ixrac olunduğu üçün qiymətlər fermerləri qane edir.


Sahələrdə qarpızın kilosu 35-40 qəpik arasında satılsa da, bazarda qiymət fərqlidir. Çəkiliş apardığımız Saatlı bazarında qarpızın kiloqramı məhsulun keyfiyyətinə görə 30-50 qəpik arasında, yemişin kiloqramı isə 70 qəpiklə 1 manat arsında müştərilərə təqdim edilir.

Fermerlər qarpız qiymətinin növbəti aylarda biraz düşmə ehtimalının olduğunu bildirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024