AZ RU Mobil versiya
Aşqabad Sammiti Xəzərin qorunması və beynəxalq nəqliyyatın inkişafı yolunda mühüm addım oldu
Tarix: 01-07-2022 | Saat: 14:46
Bölmə:Siyasət | çapa göndər

Aşqabad Sammiti Xəzərin qorunması və beynəxalq nəqliyyatın inkişafı yolunda mühüm addım oldu

Xəzər Avropa və Asiya sərhəddində yerləşən, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran dövlətlərinin ərazisi ilə əhatə olunmuş dünyada ən böyük qapalı su hövzəsidir. Xəzərin beynəlxalq mövqeyi təkcə onun geostrateji mövqeyi ilə deyil, eyni zamanda zəngin enerji ehtiyatlarına malik olması ilə səciyyələnir.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş sahilyanı dövlətlər artıq Xəzərdə yeni vəziyyətin formalaşmasının vacibliyini dərk edirdilər. Buna qədər 1921 və 1940-cı il SSRİ və İran dövlətləri arasında bağlanmış müqavilələr əsasında tənzimlənən rejim müasir reallıqlara uyğun gəlmirdi və Xəzərin yeni hüquqi statusunun formalaşması prosesi gözlənilmədən başladı. Belə ki, həmin dövrdə getdikcə pisləşən iqtisadi vəziyyət sahilyanı dövlətlərin Xəzərin ehtiyatlarından asılılığının güclənməsi ilə nəticələndi. Ona görə də Xəzər dənizinin resurslarından istifadə ilə əlaqədar dövlətlərin müxtəlif yanaşmaları ortaya çıxdı. Bütün bunlar da öz növbəsində hüquqi statusun müəyyən edilməsi ilə bağlı danışıqlar prosesində tərəflərin razılaşma əldə etməsini çətinləşdirirdi. Bundan əlavə, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan güman edirlər ki, Xəzər dənizinin təhlükəsizliyi bilavasitə onun hüquqi rejiminin müəyyən edilməsi ilə bağlıdır.

Xəzər dənizinin də tərkibinə daxil olduğu Şimal-Qərbi Asiya Avrasiya məkanının mərkəzində yerləşir. Böyük həcmdə neft və təbii qaz ehtiyatlarına sahib olması regional və beynəlxalq aləmdə diqqətlərin bu bölgəyə yönəlməsinə səbəb olmuş, bu da öz növbəsində çox qarışıq geosiyasi vəziyyətin meydana çıxması ilə nəticələnmişdir. Bu səbəbdən bölgənin zəngin karbohidrogen yataqlarının aşkar edilib istifadəyə verilməsində beş Xəzəryanı ölkə ilə yanaşı bir çox beynəlxalq aktor təsir göstərir.

Bu mənada Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Bu günlərdə Aşqabbada keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bağlanmış sazişlər və qəbul edilmiş qərarlar həm nəqliyyat baxımından, həm də logistika imkanlarının, əməkdaşlığın genişlənməsi baxımından diqqətəlayiqdir.

VI Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, “Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”.
Cənab Prezident bildirdi ki, Xəzər dənizi üzrə görülən işlər, bağlanmış sazişlər region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Gələcək əməkdaşlığın daha da dərinləşməsi üçün qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və təhlükəsizliyə üstünlük verilməli, xəzərin bioloji ehtiyatlarında səmərəli istifadə olunmalıdır. İlk növbədə tələb olunan odur ki, investisiya mühitinin yaxşılaşdırılmalı, etibarlı və təhlükəsiz kommunikasiyalar qurulmalıdır. Sahilyanı dövlətlər yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması kimi vəzifələri tezliklə həll etməlidirlər.

Azərbaycana gəlincə ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynamaqla bərabər, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə öz töhfəsini verir. Yeni Ələt Beynəxalq Dəniz Ticarət Limanının tikintisinin başa çatması bu marşrutun səmərəliliyini daha da artırmış, logistika imkanlarını genişləndirmişdir.

Ölkəmizin sahib olduğu tranzit potensialı və ondan istifadənin uğurla həyata keçirilməsi sahəsində yürüdülən siyasət qeyri-neft sektorunun da inkişafına ciddi təkan verir. Buna səbəb Azərbaycanın Şimal-Cənub, və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, əlverişli coğrafi mövqe vəhəyata keçirilən nəqliyyat infrastrukturu layihələri və proqramlarıdır.

Zəngəzur dəhlizinin reallaşması isə quru yolu üzrə tranzit yüklərin daşınması, habelə komunikasiya əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

VI Zirvə Toplantısında cənab Prezident İlham Əliyevin dərin təhlilə və qarşılıqlı əməkdaşlığın prinsiplərinə sökənən çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın regional siyaətdə özünəməxsus yeri olmaqla yanaşı, bir çox sahələrdə aparıcı mövqeyə sahib olması reallıqdır. Azərbaycanın sərgilədiyi mövqe və həyata keçirilən layihələr həm regional, həm də qlobal tranzit yollarının, nəqliyyat dəhlizlərinin inkişafına, həm də Xəzər dənizinin bioloji ehtiyatlarının qorunamsına, ekoloji cəhətdən səmərəli istifadəsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə imkan verəcəkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi

15569 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-08-2022
16-08-2022