Hər 1 dollara görə 25 qəpik güzəşt
Tarix: 17-05-2016 | Saat: 15:01
Bölmə:İqtisadiyyat | çapa göndər
Dünya bazarlarında neftin ucuzlaşması ixracında neft və neft məhsullarının payı 90%-dən çox olan Azərbaycan iqtisadiyyatını çətin sınaq qarşısında qoydu. Bir tərəfdən neft gəlirlərinin azalması, digər tərəfdən oxşar iqtisadiyyata malik qonşu Rusiya və Qazaxıstanın milli valyutalarının ucuzlaşması Azərbaycanın valyuta bazarında ajiotaj yaratdı.
Yaranmış gərginlik fonunda dövlətin rəsmi qurumları əhalini zəruri məlumatlarla təmin etmək, baş vermiş proseslər barədə ictimai müzakirələr açmaq əvəzinə susmağa üstünlük verdilər. Məlumat qıtlığı şəraitində yaranmış qeyri-müəyyənlik insanlarda neft ölkələrində olduğu kimi milli valyutanın ucuzlaşması qorxusu yaratdı. Valyutadəyişmə məntəqələri önündə iri növbələr, kütləvi dollar alışı, Mərkəzi Bankın valyuta ehtiyatının sürətlə əriməsi sonda hökuməti milli valyutanı ucuzlaşdırmağa vadar etdi.
2015-ci ildə milli valyuta uzunmüddətli sabitlikdən sonra 1994-cü ildən sonra ilk dəfə olaraq devalvasiyaya uğradı. Fevralın 21-də manatın ABŞ dollarına olan məzənnəsi 78 qəpikdən 1,05 manata qədər ucuzlaşdırılaraq dəyərini 35% itirdi. Dekabrın 21-də isə hökumət "üzən məzənnə” siyasətinə keçidiyini elan edərək ikinci devalvasiyaya getdi. Bu dəfə manat dəyərini 48% itirərək 1,05 manatdan 1,55 manata qədər ucuzlaşdı. İl ərzində baş vermiş iki devalvasiyanın nəticəsi olaraq manat dəyərini 2 dəfəyədək itirdi. Sonrakı dövrlərdə manatın dollara nəzərən rəsmi məzənnəsi 1.50-1.65 manat intervalında dəyişdi.
2015-ci ilin əvvəlindən başlayaraq bank sektorunda sürətli dollarlaşma prosesi başlandı. Bu müddətdə əhali banklardakı əmanətlərini, banklar isə kreditlərini dollara konvertasiya etməyə üstünlük verdi. Ümumi kredit qoyuluşunda xarici valyutada olan kreditlərin payı 2014-cü ildəki 27%-dən 2015-ci ilin sonuna 50%-ə yüksəldi. Əmanət qoyuluşunda xarici valyuta əmanətlərinin payı bu müddət ərzində 38,5%-dən 85%-ə yüksəldi. Əmanət və kredit qoyuluşlarında xarici valyutanın payının artması 2016-cı ilin əvvəllərində də davam etdi.
Bankların və əhalinin borc yükünün artmasının təsviri
Devalvasiya həm bank sektorunun, həm də əhalinin borc yükünü artırıb. Bankların dollar depozitləri və xarici maliyyə qurumlarına olan borcu manat ifadəsində 2 dəfə artıb. 2016-cı ilin 1 aprel tarixinə bankların hər iki öhdəliklər üzrə cəmi borcu 26,2 milyard manata bərabərdir. Halbuki devalvasiyadan əvvəl, 2015-ci ilin əvvəlində bu rəqəm 12,7 milyard manata bərabər olub. Bankların xarici valyutada kredit qoyuluşunun həcmi 9,7 milyard manatdır və bunun 2,6 milyard manatı əhalinin payına düşür.
Aylıq kredit ödənişlərinin 2 dəfə artması əhalinin dollar kreditlərini qaytarması imkanlarını çətinləşdirib. Təsadüfi deyil ki, problemli kreditlərin payı son dövrlər artmaqdadır. Rəsmi məlumata görə, 2016-cı ilin 1 aprel tarixinə geri qaytarılmayan kreditlərin həcmi 1,3 milyard manata çatıb. Hazırda ölkə iqtisadiyyatına yatırılan hər 100 manatın 6,7 manatı geri qayıtmır. Problemli kreditlər sahəsində real vəziyyət rəsmi göstəricilərdən daha acınacaqlıdır. Müstəqil araşdırmalara, o cümlədən beynəlxalq reytinq agentliklərinin açıqlamalarına görə, ölkə üzrə problemli kreditlərin payı ən azı 20%-dir. Bəzi bankların kredit portfelində belə kreditlərin payı 50%-dən də çoxdur. Kreditlərin geri qaytarılmaması ilk növbədə bankları çətin duruma salır. Çünki belə vəziyyətdə banklar əmanətçilər və xarici banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Kredit şərtlərini daha da ağırlaşdırmaq məcburiyyətində qalırlar ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının pulla təminatını pisləşdirir.
Bu gün faktiki olaraq banklarla əhali üz-üzə qalıb. Əhali dollarda götürdükləri kreditləri geri qaytarmaqda çətinlik çəkir, bank isə onlardan öhdəliklərini yerinə yetirməyi tələb edir. Rəsmi məlumatlara görə, 21 fevral devalvasiyasından sonra xarici valyutada olan istehlak kreditlərinə görə, əhalinin borc yükü 731,8 milyon manat, 21 dekabr devalvasiyasından sonra isə 848 milyon manat artıb. Ümumilikdə isə hər iki devalvasiya nəticəsində vətəndaşlar banklara əlavə olaraq 1,6 milyard manata yaxın vəsait ödəməlidir. Bunların bir hissəsi ödənilib, əsas hissəsi isə ödənilməmiş qalır.
Hökumətin əhaliyə dəstək verməsinin zəruriliyi
Banklara hökumət tərəfdən müəyyən dəstək olsa da əhalinin ümidi yalnız banklara qalıb. Bankların güzəşti isə əhaliyə dəymiş zərərin qarşılanması yox, zaman baxımından möhlət hüququnun əldə edilməsinə xidmət göstərir. 2015-ci il devalvasiyalarından sonra kredit ödənişi sahəsində yaranmış böhranı çözmək üçün hökumətin atdığı addımlar təəssüf ki, daha çox bankların xilasına yönəldilmişdi. İlk olaraq Mərkəzi Bank birinci devalvasiyadan dərhal sonra bank qanunvericiliyinə bəzi dəyişikliklər edərək banklara dair bəzi normaları yumşaltdı. Xarici valyutada olan kreditlərin yeni məzənnə ilə qaytarılmasına dair Konstitusiya Məhkəməsinin 15 may 2015-ci il tarixli mübahisəli qərarı isə banklara əhəmiyyətli dəstək oldu. Beynəlxalq Banka və Bank Standardın zərərli aktivlərinin xilası üçün maliyyə yardımı edilib. Digər bankların likvidliyinin təminatı üçün Mərkəzi Bank tərəfindən güzəştli kreditlər verilib.
Banklar da öz tərəfindən problemi aradan qaldırmaq üçün müəyyən təşəbbüslər göstəriblər. Kredit təşkilatları dollar kreditlərini restrkturizasiya edərək onun şərtlərini nisbətən yüngülləşdiriblər. Məsələn, kreditin müddətini uzadıblar, illik faiz dərəcəsini bir neçə faiz bəndi aşağı salıblar, dollar kreditini manata çeviriblər və s. Hətta nisbətən aşağı məzənnə ilə (1 dollar = 1.35 manat) kredit qəbul edən banklar da olub. Təəssüf ki, bütün bu güzəştlər kifayət etmir və əhalinin devalvasiya nəticəsində düşdüyü zərəri kompensasiya edə bilmir.
Real mənzərə onu göstərir ki, fakitiki olaraq kreditlərin ödənişi donmuş vəziyyətdədir. Burdan da hər iki tərəf itirir. Bankların itkisi ondan ibarətdir ki, onların digər öhdəliklərinin (xarici banklar və əmanətçilər) yerinə yetirilməsi risk altına düşür, gəlirləri azalır, zərəri artır. Əhalinin isə gecikməyə görə borclarına faiz hesablanaraq borc yükü artır, girovları əlindən alınır, kredit tarixçəsi pisləşir. Hökumət isə bu məsələdə dəstək vermək niyyətində deyil. İlk dövrlərdə müəyyən dəstək təşəbbüsləri səslənsə də son anda maliyyə intizamsızlığı riski əsas gətirilərək məsələnin həlli banklarla əhali üzərinə atıldı.
Sivil Toplum Platformasının kompensasiya təklifi
Sivil Toplum Platforması hesab edir ki, məsələni indiki vəziyyətdə saxlayaraq problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil. Son dövrlər kredit ödəməməyə görə intihar hallarının artması, insanların əmlaklarının əllərindən alınması kimi neqativ hallar gündəmi zəbt edib. Hətta həbs nümunələri də müşahidə edilməkdədir. Kredit təşkilatları, həmçinin kollektor şirkətəri tərəfindən kredit götürən şəxslər sanki mənəvi terrora məruz qalırlar. Onlar və zaminlər məhkəmələrlə qorxudulur, iş yeri, qohum əqrabaları, ailələri vasitəsilə onlara psixoloji təsirlər edilir. Kreditlərin ödənilməməsi məsələsində sui-istifadə halları olsa da əsas səbəb devalvasiya nəticəsində müştərilərin aylıq ödənişinin artmasıdır. Problem həllini tapmazsa nəinki əhali zərbə altına, həmçinin gələcəkdə ölkənin maliyyə sisteminin dayanıqlığı risk altına düşər. Buna görə də hökumət problemin həllinə müdaxilə edərək kredit ödənişinə dəstək verməlidir.
STP olaraq dəymiş zərərin bütünükdə vətəndaşların üzərinə qoyulmasını qeyri-məqbul sayırıq və zərəri ödənilməsində hər üç tərəfin (vətəndaşın, bankların və hökumətin) aktiv iştirakının vacibliyini qeyd edirik.
STP ekspetləri kompensasiya mexanizminin ancaq xarici valyutada olan istehlak kreditlərinə şamil edilməsini məqbul sayır və aşağıdakı kompensasiya mexanizmini təklif edir:
21 fevral 2015-ci il tarixinə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.05 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəyir.
21 fevral – 21 dekabr 2015-ci il tarixi aralığında götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar – 1.20 AZN məzənəsi ilə kredit ödənişləri edir, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024