AZ RU Mobil versiya
"Milyonlar həyat yoldaşımın babasından miras qalıb" - Vilyam Hacıyev
Tarix: 27-05-2022 | Saat: 14:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Milyonlar həyat yoldaşımın babasından miras qalıb" -

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

aia.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Vilyam Hacıyev bildirib ki, 42 il dövlət orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləyib.

"Bu gün mənə bu vəziyyətdə ifadə vermək çox çətindir. İstintaq materiallarında da göstərilir ki, təhsil, səhiyyə və digər qurumlardakı yeyintilərdə də mən ittiham olunuram. Həmin qurumlar mənə tabe olmayıb. Onların tabe olduqları qurumlar var. Mənim onlara söz deməyə nə səlahiyyətim olub, nə də ixtiyarım.

İcra hakimiyyətində olan mənimsəməyə gəlincə isə bu əsasən tikinti işləri ilə bağlıdır. Tikinti işlərində vəsaitlər isə podratçı şirkətlərin hesabına köçürülüb, buna mənim müdaxilə etməyə də ixtiyarım yoxdu. Podratçı şirkətlərin hesabından pul çıxarmaq, pul tələb etməyim barədə heç bir sübut yoxdur. Ancaq sözlə deyirlər. Bu da sübut kimi qəbul edilir. Mən də desəm ki, kiməsə pul vermişəm onu sübut kimi qəbul edəcəksiniz? Əlbəttə ki xeyir.

Bəs belə olan halda niyə mən ittiham olunuram. Əgər tikintilər zamanı podratçı öz hesabından pul çıxarırsa və kiminləsə cinayət əlaqəsinə girirsə, burada mənim günahım nədi?.

Mən 10 il müddətində İmişlidə öz əmlakın və sahibkar dostlarımın köməyi ilə rayonun abadlaşmasına 8 milyon vəsait xərcləmişəm. Bayraq Meydanı, şahmat məktəbi, uzunluğu 20 kilometr olan yolu dövlət büdcəsindən bir manat almadan tikdirmişəm.

Hazırda ittiham olunduğum cinayətlərdə də heç kim mənim adımı çəkməyib. Ola bilsin ki bu cinayətlər olub, amma məndən xəbərsiz olub.

Cinayət işində 1 milyon 20 min, ola bilsin 3 milyon manat mənimsəmə deyilir. Mən inkar etmirəm. Amma bu mənimsəmədə mən iştirak etməmişəm. Yaxın qohumlarım vasitəsilə mən 6 milyon manatı dövlət büdcəsinə ödəməyə hazıram. Güman edirəm ki bu hal da dövlət büdcəsinə xeyirdi," - Vilyam Hacıyev deyib.

V. Hacıyev evindən "AKM" markalı avtomat silahının aşkarlanmasına da münasibət bildirib: "Müəyyən yerlərdə iddia edirlər ki, icra başçısı qanunsuz silah gəzdirir. 2005-ci ildə ailə üzvlərimlə birlikdə Gəncədə ovçular mağazasında olarkən mağaza müdiri mənə təklif etdi ki, ov silahı var. Almaq qərarına gəldik. Həmin vaxt mağaza müdiri dedi ki, bu ov silahında avtomat güllələri də istifadə etmək olur. Silahı aldım, qoydum evə. 10 il sonra həmin silahı evdən köçəndə gördüm. Evimdə axtarış aparılanda həmin silahı aşkar etdilər. Vəkilim həmin mağazaya sorğu verib cavabı alıb. Sorğunun cavabı məhkəməyə təqdim edilib. Cavabdan da görünür ki, həmin silahla cinayətə qəsd edilməyib".

Sənədlərin saxtalaşdırılması maddəsinə gəlincə isə V. Hacıyev bildirib ki, sənədlər tenderdə hazırlanıb: "Bu sənədlər icra hakimiyyətində hazırlanmayıb. Bunu biz saxtalaşdırmamışıq. Hardasa sənədlər saxtalaşdırılıbsa, buna icra hakimiyyəti cavabdeh deyil".

İfadəsinin sonunda Vilyam Hacıyev yaşının və dəymiş ziyanın ödəyəcəyini nəzərə alaraq bağışlanmasını xahiş edib.

Prosesdə dövlət ittihamçısı bildirib ki, axtarışlar zamanı Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1 milyon avro, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı isə icra başçısının cibindən 2550 manat, otaqdan isə 10 min manat aşkar edilib.

Vilyam Hacıyev həmin pulların rüşvətlə əldə edilmədiyini bildirib.

"Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib. Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb. Cibimdə isə maaş və aldığım mükafat pulu idi. Həmin pullardan heç biri rüşvət deyil".

Dövlət ittihamçısı isə bildirib ki, 2 milyon dollar və 1 milyon avronun bankdan xarici valyutaya çevrilməsi barədə faktlar var.

Vilyam Hacıyev prokurorun digər suallarını cavablandırmaqdan imtina edib.

Proses iyunun 3-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

589 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022