Azərbaycan-Litva münasibətlərinin inkişafı yaxşı perpektiv vəd edir
Tarix: 21-05-2022 | Saat: 10:02
Bölmə:Ölkə | çapa göndər

Litva prezidenti Gitanas Nausedanın mayın 17-də Azərbaycana səfəri göstərdi ki, Azərbaycan və Litva iqtisadi münasibətləri daha yüksək zirvələrə qalxmaq imkanı qazana bilər. Litva ilə münasibətlər çox yaxşı siyasi təməl üzərində, bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulduğundan, Litva Prezidentinin Azərbaycana rəsmi səfəri müzakirə edilən məsələlərin mahiyyəti baxımından mühüm tarixi əhəmiyyət kəsb edir, həm də əhatə dairəsi baxımından perspektivli xarakter daşıyır.
Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, o cümlədən, Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Baltikyanı respublikalar olan Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Baltikyanı respublikalarla, xüsusən Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Prezidenti cənab İlham Əliyevin mayın 18-də səsləndirdiyi Bəyanatında Litva ilə münasibətlərin strateji əhəmiyyəti vurğulanmaqla, Azərbaycanın Cənubi Qafqazda sülhü, qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti geniş şərh edilməklə, postmüharibə dövründə Avropa İttifaqı ilə strateji tərəfdaşlığın aspektlərindən danışmış, gələcək fəaliyyəıtin istiqamətləri qeyd edilmişdir. Cənab Prezident birgə biznes-forumdakı çıxışında qeyd etdi ki, “Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.”
Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan Azərbaycan Baltikyanı ölkələr üçün kifayət qədər cəlbedicidir. Xüsusən Baltikyanı ölkələrdən Litva Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Litva Baltikyanı dövlətlərdən biri kimi ümumilikdə Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeni bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığından Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Ənənəvi olaraq Litva Ukrayna və Gürcüstana siyasi yaxınlığı ilə seçilir. Həmçinin Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyacı duyur.
Azərbaycana gəldikdə isə Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar.
Cənab Prezident İlham Əliyev indiki durumu şərh edən bəyanatında bildirdi ki, “Azərbaycan BMT Nizamnaməsinin ölkəmizə verdiyi özünü müdafiə hüququndan tam yararlandı. Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi.
Avropanın indiki dönəmdə enerji təhlükəsizliyi məsələsinə ciddi münasibəti Azərbaycana marağı artırmaqla yanaşı, bu sahədə qarşılıqlı əməkdaşlığı da zəruri etmişdir. Avropa İttifaqının və NATO-nun bərabərhüquqlu üzvü kimi Litva ilə əməkdaşlıq həm dördüncü sənaye inqılabının çağırışlarına uyğun İKT, biotexnologiyalar kimi sahələr,həm də, ərzaq məhsullar kimi ənənəvi sahələr də mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, intermodal və dəniz limanları infrastrukturu və xidmətlərinə sahib olan Litva Avropa bazarına sərfəli logistik çıxış imkanı təklif edir. Eyni zamanda Litva Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialını araşdırmaqda da maraqlıdır. Litva Prezidentinin bu səfəri Litva ilə Azərbaycan arasında 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə, bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq etdi. Səfər zamanı həm ikitərəfli əməkdaşlıq-iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə çərçivsindən daha geniş imkan və perspektivlərə malikdir. Belə ki, Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də bizim Avropa İttifaqı ilə əlaqələrimizin gücləndirilməsinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın Aİ ilə sıx əlaqələrə dair planlarının gerçəkləşməsinə yaxşı dəstəkdir. Ona görə də Litva Prezidentinin bu səfəri və səfər zamanı əldə edilən razılaşmaların və imzalanan sənədlərin sistemli və davamlı olaraq reallaşdırılmasına səylərin artırılması, həm dövlət və hökümətlərarası əlaqələrin, həm iş adamlarının, həm alim və mütəxəssislərin və ictimaiyyətin əlaqələrinin genişləndirilməsi və müasir tələblərə uyğun yeni məzmun verilməsi vacibdir.
Ceyhun Cahangirov
Goranboy rayony, Hakim Cəfərov adına Quşçular kənd tam orta
məktəbinin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər