Fəzail Kərimov: “Ulu Öndər Heydər Əliyev ölkədə hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edib”
Tarix: 22-04-2022 | Saat: 13:36
Bölmə:Ölkə | çapa göndər
1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi qadağalarına rəğmən Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqın mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini və xüsusilə də təhsilini inkişaf etdirmək üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil sisteminin daim təkmilləşməsinə yönəldilmiş diqqət və qayğısı Sovetlər İttifaqı dönəmində də özünü bariz şəkildə göstərirdi. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə də bu məsələni hər zaman diqqət mərkəzində saxlamış, və təhsil sahəsində ciddi islahatların keçirilməsinə nail olmuşdur. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Həmçinin ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
Lakin ötən əsrin 70-ci illərində ulu öndərin diqqətini alan və həllinə çalışdığı daha bir son dərəcə vacib məsələ var idi ki, bu da ana dilimizlə, daha doğrusu dilimizin qorunması ilə bağlı idi. 1978-ci ilin aprel ayının 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına dair VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç kəsin cəsarət edə bilməyəcəyi bir təklif irəli sürdü. Bu təklif Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada verməyi nəzərdə tuturdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən biri olan ana dilimizi qorudu və onun sonrakı inkişafının bazasını yaratdı. Ulu Öndər Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli Lider bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Lider demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi bu nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyev həm ana dilimizin, həm də milli təhsilimizin inkişafı məsələsini xüsusi diqqət və qayğı ilə əhatə edib. O cümlədən Azərbaycan təhsilinin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirmək istiqamətində həyata keçirilən tədbirlər artıq öz nəticələrini verir. Azərbaycanda təhsilə, təhsil işçilərinə göstərilən dövlət qayğısı bir daha təsdiqləyir ki, bu gün Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt Azərbaycanın adını daha yüksək zirvələrə qaldıracaqdır.
Fəzail Kərimov,
YAP Gədəbəy rayon təşkilatı
Zəhmətkənd kənd ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025